Xəbər axtarın

Son axtarış nəticələri:

Dünyanın yaşamaq üçün ən rahat şəhərləri - REYTİNQ

08.07.2026 13:35

Dünyanın yaşamaq üçün ən rahat şəhərləri - REYTİNQ

Böyük Britaniyanın “Economist Intelligence Unit” (EIU) analitik mərkəzi dünyanın yaşamaq üçün ən rahat şəhərlərinin illik reytinqini təqdim edib.

Primeinfo.az CNN-ə istinadən xəbər verir ki, siyahıya ikinci il ardıcıl olaraq Danimarkanın paytaxtı Kopenhagen başçılıq edib.

Reytinq şəhərlərdə səhiyyə, təhsil, mədəniyyət, ətraf mühit və infrastruktur göstəriciləri əsasında tərtib edilir. Analitiklər, həmçinin insanların həmin şəhərlərdə qarşılaşa biləcəyi çətinlikləri də qiymətləndirirlər.

Kopenhagen sabitlik, inkişaf etmiş infrastruktur və dövlət xidmətlərinin yüksək keyfiyyəti sayəsində birinci yeri tutub.

Keçən il olduğu kimi, ikinci yerdə Vyana (Avstriya) qərarlaşıb. 2025-ci ildə Vyana bu pilləni Sürixlə (İsveçrə) bölüşsə də, 2026-cı ildə Sürix üç pillə geriləyib.

İlk onluğa, həmçinin Melburn, Sidney (hər ikisi Avstraliya), Cenevrə (İsveçrə), Osaka (Yaponiya), Adelaida (Avstraliya), Vankuver (Kanada) və Tokio (Yaponiya) daxil olub.

EIU bildirib ki, dünyada həyat keyfiyyətinin orta göstəricisi ötən illə müqayisədə dəyişməyib.

Paylaş: