
Avropa İttifaqına (Aİ) üzv olmayan müttəfiqlərin kənarda saxlanılması məhdud resursların boşa xərclənməsinə və Avropada heç də arzu etmədiyimiz süni parçalanmaya səbəb ola bilər.
Primeinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin açılış mərasimində deyib.
Ərdoğan Avropa İtifaqı üzvlərinə müraciət edərək bildirib ki, işbirliyi önəmlidir:
“Avropalı müttəfiqlər olaraq qitənin müdafiəsində daha çox məsuliyyəti üzərimizə götürərkən, eyni zamanda, Alyansın bütövlüyünü və transatlantik münasibətləri zəiflədə biləcək addımlardan da çəkinməliyik. Buradan xüsusilə Avropa İttifaqına üzv olan müttəfiqlərimizə müraciət etmək istəyirəm. Birliyin təhlükəsizlik sahəsindəki səylərindən maksimum fayda yalnız və yalnız NATO ilə lazımsız təkrarlardan qaçıldığı təqdirdə mümkün ola bilər”.