Xəbər axtarın

Son axtarış nəticələri:

Müctəba Xamneyi atasının dəfnində iştirak etməyəcək

02.07.2026 20:54

Müctəba Xamneyi atasının dəfnində iştirak etməyəcək

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamneyi təhlükəsizlik səbəblərinə görə atası Seyid Əli Xamneyinin dəfn mərasimində iştirak etməyəcək.

Bu barədə Ali Rəhbərin Hindistandakı nümayəndəsi Ayətullah Həkim Elahi “India Today”a bildirib.

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katz Müctəba Xamneyinin hədəf siyahısında olduğunu deyib.

İranın xarici işlər naziri Abbas Əraqçi ölkə rəhbərliyinə qarşı hər hansı bir təhdidin güclü cavab zərbəsi ilə üzləşəcəyini vurğulayıb.

Xatırladaq ki, İranın keçmiş Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi fevralın 28-də ABŞ və İsrailin aviazərbələri nəticəsində öldürülüb.

Onun yerinə oğlu Ayətullah Müctəba Xamneyi seçilib.

Paylaş: