
Ukrayna və Almaniya NATO sammiti çərçivəsində “BARS” pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalını nəzərdə tutan layihənin həyata keçirilməsinə dair saziş imzalayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “X” sosial şəbəkəsində yazıb.
Məlumata görə, sazişi Andriy Sibiqa və Almaniyanın müdafiə naziri Boris Pistorius imzalayıblar.
Ukraynalı nazir bildirib ki, sənəd Ukrayna Müdafiə Nazirliyi ilə Almaniyanın Federal Müdafiə Nazirliyinin “Build with Ukraine” təşəbbüsü çərçivəsində həyata keçirdiyi birgə fəaliyyət nəticəsində hazırlanıb.