Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-İordaniya

İordaniya XİN: "Azərbaycanla investisiya sahəsində əlaqələrimizi gücləndirmək niyyətindəyik" - VİDEO

İordaniya XİN: "Azərbaycanla investisiya sahəsində əlaqələrimizi gücləndirmək niyyətindəyik" - VİDEO

Azərbaycanla İordaniya qarşılıqlı investisiyalar sahəsində də əməkdaşlıq edəcək. Primeinfo.az xəbər verir ki, bu sözləri İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən mətbuat konfransında söyləyib. O bildirib ki, biz bu sahədə də əlaqələrimizi gücləndirmək niyyətindəyik.

Azərbaycan və İordaniya XİN başçıları geniştərkibli görüş keçirib - FOTO - YENİLƏNİB

Azərbaycan və İordaniya XİN başçıları geniştərkibli görüş keçirib - FOTO - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadin arasında geniştərkibli görüş keçirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Görüş zamanı Azərbaycan–İordaniya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələri üzrə mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.

Azərbaycan və İordaniya viza rejimini ləğv edir - FOTO

Azərbaycan və İordaniya viza rejimini ləğv edir - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan vətəndaşlarla iş üzrə naziri Ayman əs-Səfadi arasında iki mühüm sənəd imzalanıb.

AZAL və İordaniya arasında aviasiya əməkdaşlığı genişlənir

AZAL və İordaniya arasında aviasiya əməkdaşlığı genişlənir

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və İordaniyanın Turizm və Əntiq Əşyalar Nazirliyinin baş katibi və nazir müavini Yazan əl-Xadiri, “Royal Jordanian Airlines” şirkətinin yük daşımaları üzrə icraçı direktoru Xalid Məhəmməd əl-Havaldə və İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Ömər əl-Nahar arasında görüş keçirilib. Azərbaycan Hava Yolları QSC-dən Primeinfo.az-a verilən məlumata görə, iki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı baxımından növbəti konstruktiv addım olan bu görüş zamanı hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti ilə 2026-cı ilin iyun ayından etibarən Bakı – Amman – Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olunub.

İordaniyalı nazir: "Əmmanda Azərbaycanla biznes forum keçirilə bilər"

İordaniyalı nazir: "Əmmanda Azərbaycanla biznes forum keçirilə bilər"

İordaniya Əmmanda Azərbaycanla birgə biznes-forum keçirməyi təklif edir. Primeinfo.az xəbər verir ki, bu barədə İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Əl-Quda Azərbaycan-İordaniya Hökumətlərarası Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq Komissiyasının dördüncü iclasında bildirib. O vurğulayıb ki, ideyalardan biri ölkələrimizin biznes icmaları arasında əlaqələri daha da gücləndirmək məqsədilə Əmmanda keçiriləcək birgə komissiyanın növbəti iclası ilə paralel olaraq biznes forumunun keçirilməsi ola bilər.

Azərbaycan ilə İordaniya arasında 6 sənəd imzalanıb - FOTO

Azərbaycan ilə İordaniya arasında 6 sənəd imzalanıb - FOTO

Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa çatdıqdan sonra bir sıra sənədlər imzalanıb.