Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: dövlət büdcəsi

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Primeinfo.az-ın məlumatına görə, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Məlumat üçün bildirək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur.

Gələn ilin dövlət büdcəsi Prezidentə təqdim ediləcək

Gələn ilin dövlət büdcəsi Prezidentə təqdim ediləcək

Sentyabrın 25-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və hökumət üzvlərinin iştirakı ilə “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə həsr olunmuş geniş iclas keçirilib. Nazirlər Kabinetinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, “2026-cı il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri və 2026-cı il və növbəti üç il üzrə sosial-iqtisadi inkişaf proqnozları” aidiyyəti qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Sözügedən layihələr iclasda müzakirə olunub.

2026-cı ilin dövlət büdcəsində hansı artımlar olacaq? - ŞƏRH

2026-cı ilin dövlət büdcəsində hansı artımlar olacaq? - ŞƏRH

“Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38.4, xərcləri isə 41.5 milyard manat proqnozlaşdırılır”. Primeinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.