Zəngəzur dəhlizi Orta Dəhliz baxımından əhəmiyyətlidir. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.
Türkiyə İranla bağlı hadisələri yaxından izləyir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə yenidən telefon danışığı aparıb. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, Hakan Fidan mövcud gərginliyin azaldılması üçün müzakirələrə ehtiyac olduğunu qeyd edib. Qeyd edək ki, bu, Hakan Fidanın son sutkada iranlı həmkarı ilə ikinci telefon danışığıdır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb. Primeinfo.az xəbər verir ki, nazirlər İrandakı son vəziyyəti müzakirə ediblər.
13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. XİN-dən Primeinfo.az-a bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə suriyalı həmkarı Əsəd Şeybani ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb. Görüşün təfərrüatı açıqlanmayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Misir, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri ilə telefonla danışıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı nazirlər Somali və Qəzzadakı son vəziyyət müzakirə aparıblar.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) başçısı İbrahim Kalın Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şaraa, xarici işlər naziri Esad Hasan Şeybani, müdafiə naziri Murhef Ebu Kasra və Ümumi Kəşfiyyat rəisi Hüseyin El Seleme ilə görüşüblər. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, türkiyəli rəsmilər bu gün Suriyanın paytaxtı Dəməşqə səfər ediblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) başçısı İbrahim Kalın ilə birlikdə Suriyanın paytaxtı Dəməşqə səfər ediblər. Primeinfo.az xəbər verir ki, onlar Suriya Prezidenti Əhməd əş-Şaraa və suriyalı rəsmilərlə görüşəcəklər. Görüşlərdə Türkiyə-Suriya münasibətləri, eləcə də 10 mart tarixli razılaşmanın icra vəziyyəti müzakirə olunacaq.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşq şəhərinə səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb. Səfər dekabrın 22-də baş tutacaq.