Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində 2025-ci ilin yekunlarına dair çıxışı zamanı Ermənistanla normallaşma prosesindən danışıb. Primeinfo.az xəbər verir ki, nazir 2025-ci ildə bu prosesin Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib və növbəti il üçün əldə olunacaq sülhü tarixi fürsət kimi qiymətləndirib. “Ermənistanla normallaşma prosesi 2025-ci ildə də Azərbaycanla eyni istiqamətdə və koordinasiyalı şəkildə aparılıb.
“Dolald Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada keçirilən 23-cü “Doha Forumu”nda çıxışı zamanı səsləndirib. Nazir, Türkiyənin ilk növbətə Ukraynada atəşkəs tələb etdiyini bildirib: “Avrasiya bölgəsində bir çox çətinliklərlə üz-üzəyik.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci toplantısı çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Görüşdə ölkələr arasında güclü strateji tərəfdaşlıq və intensiv ikitərəfli əməkdaşlıq müsbət qiymətləndirilib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və türkiyəli həmkarı Hakan Fidan Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası çərçivəsində ayaqüstü görüş keçiriblər. Bu barədə Primeinfo.az-a Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına istinadən xəbər verir. Bildirilib ki, A.Mirzoyan iştirakçı ölkələrdən bir sıra həmkarları ilə söhbət aparıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3 dekabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Türkiyə xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin toplantısında əsas müzakirə mövzusu Rusiya və Ukrayna arasında mümkün sülh sazişi məsələsi olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, nazir sülh prosesində Türkiyənin əsas aktorlardan biri kimi fəal rol oynadığını vurğulayıb: “Avropalı həmkarlarımızla bu gün NATO çərçivəsində keçirilən görüşdə əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasında mümkün sülh sazişi və bu istiqamətdə mövcud proseslərin gedişi oldu. Bildiyiniz kimi, Türkiyə Ukrayna sülh danışıqlarında əsas aktor olduğuna görə bu mövzularla bağlı fikrimiz daim soruşulur.
Qara dənizdə həyata keçirilən hücumlar, əslində, Türkiyənin etdiyi xəbərdarlıqlarda nə qədər haqlı olduğunu üzə çıxardı. Çünki bu, savaşın coğrafiyasının genişləndiyini göstərir.
Türkiyə xarici işlər naziri Hakan Fidan İran prezidenti Məsud Pezşkianla görüşüb.
Türkiyə xarici işlər naziri Hakan Fidan Tehranda İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlər daxilində Ukraynada atəşkəsə razılaşmağa hazırdır.