Dünən Xəzər dənizinin Mərdəkan qəsəbəsinə yaxın nəzarətsiz ərazisində batan 4 nəfərlə bağlı bəzi təfərrüatlar məlum olub. Primeinfo.az-ın Modern.az-a istinadən məlumatına görə, dənizdə batanların hamısı bir-birilə yaxın qohumdurlar, ata tərəfdən əmi nəvələridir. Onların hamısı Lerik rayonunun Orand kəndindəndirlər.
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan şəxslərdən ikisinin meyiti tapılıb.
Son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində dünən Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb. Bu barədə Primeinfo.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən abidəyə baxış keçirilib və əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. “Azərişıq”dan Primeinfo.az-a verilən məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində 23 dekabr tarixində elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 may küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Primeinfo.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində bu gün elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək: “Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 May küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.