Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: meyit

59 yaşlı qadın həyətində ölü tapıldı

Bərdədə 59 yaşlı qadının meyiti yaşadığı evin həyətində aşkar edilib. Primeinfo.az xəbər verir ki, tapılan qadın meyitinin şəhər sakini Novruzova Reyhan Musa qızına məxsus olduğu bildirilir. R.Novruzovanın hansı səbəbdən öldüyü məlum deyil.

61 yaşlı qadın evinin həyətində ölü tapıldı

Ucarda qadın evində ölü tapılıb. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Pəri Həmid qızı Əsgərovanın meyiti yaşadığı evin həyətində aşkarlanıb.

Xaricdən evə qayıdan gün öldü

Goranboyda 45 yaşlı kişi xaricdən vətənə qayıtdığı gün bədbəxt hadisə nəticəsində həyatını itirib. Primeinfo.az xəbər verir ki, xeyli müddətdir Rusiyada yaşayan Namiq İsmayılzadə dünən Azərbaycana geri dönüb. O, evə çatdıqdan bir neçə saat sonra hamam otağında dəm qazından boğulub.

35 yaşlı qadın evində ölü tapıldı

Gəncədə 35 yaşlı qadın yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb. Primeinfo.az xəbər verir ki, şəhər sakini Y.Zeynalovanın meyiti qohumları tərəfindən aşkar edilib. Hadisə ilə bağlı araşdırma başlayıb.

Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildən 31 yaşlı şəxsin meyiti tapılıb. Primeinfo.az xəbər verir ki, hadisə Nizami rayonu Ə.Hacıyev küçəsi 8 ünvanındakı binada baş verib. Dünən axşam saatlarında orada yaşayan 1995-ci il təvəllüdlü Pərviz Məmmədovun meyiti aşkar edilib.

18 yaşlı gəncin meyiti meşədən tapıldı

Ağcabədidə Ağsu sakininin meyiti aşkar edilib. Primeinfo.az xəbər verir ki, hadisə Ağcabədi rayon ərazisində yerləşən meşə massivində qeydə alınıb. Məlumata görə, tapılan kişi meyitinin Ağsu rayon sakini, 2008-ci il təvəllüdlü Xasayev Çingiz Gündüz oğluna məxsus olduğu müəyyən edilib.

Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapılıb

Bakıda Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapılıb. Primeinfo.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda baş verib. Məlumata görə, 1968-ci il təvəllüdlü Ruslan Nadirov 2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində ölüb.

Göygöldə küçədən kişi meyiti tapıldı

Göygöldə küçədən kişi meyit tapılıb. Primeinfo.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Məlumata görə, rayon sakini, 1958-ci il təvəllüdlü Mehdiyev Əhməd Hilal oğlunun meyiti küçədə aşkarlanıb.

3 gün əvvəl Kürdə batan şəxsin meyiti tapıldı

Sabirabadda 3 gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb. Primeinfo.az xəbər verir ki, Kür çayında boğulan Şıxsalahlı kənd sakini 1987-ci il təvəllüdlü Alməmmədov Anar Şamil oğlunun meyiti bu gün sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

27 yaşlı oğlan evində ölü tapıldı

Bakıda evdən meyit tapılıb. Primeinfo.az xəbər verir ki, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində qeydə alınıb. Masallı rayon sakini 27 yaşlı Mirəli Cəmil oğlu Gözəlovun meyiti qəsəbə ərazisində kirayədə yaşadığı mənzildə aşkarlanıb.