Bakıda və Abşeron yarımadasında noyabrın 25-i gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında noyabrın 25-də gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, hava şəraiti dəyişkən buludlu olacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah hava əsasən yağmursuz keçəcək.
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Noyabrın 24-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.
Noyabrın 23-ü saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, ölkə ərazisində əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərdə isə arabir qar yağıb.
Noyabrın 21-i axşam saatlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Noyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın əksər yerlərində noyabrın 20-si saat 10:00-a olan məlumata görə, qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakı və Abşeron yarımadasında da səhər saatlarında qısamüddətli yağış yağıb.
Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Neftçala, Salyan, Göyçay, Hacıqabul, Qobustan, Daşkəsən, Şəki, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.