Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza ilə bağlı keçiriləcək “Sülh Sammiti”ndə iştirak üçün oktyabrın 13-də Misirə səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Səfərin detalları barədə məlumat paylaşılmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Qətərə başsağlığı verib. Primeinfo.az-ın xəbərinə görə, Azərbaycan XİN Qətər diplomatlarının Misirdə avtomobil qəzasında faciəli şəkildə həyatlarını itirməsi ilə əlaqədar Qətər Dövləti hökumətinə və xalqına başsağlığı verib. Qeyd edək ki, Qəzza ilə bağlı danışıq prosesində vasitəçi qismində iştirak edən Qətərin 3 diplomatı Misirdə avtomobil qəzasında ölüb.
Oktyabrın 13-də Almaniya kansleri Fridrix Merts Misirə rəsmi səfər edəcək. Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Fridrix Merts İsrail və HƏMAS arasında atəşkəs sazişinin imzalanma mərasimində iştirak edəcək.
Azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında elmi-mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunub. Primeinfo.az xəbər verir ki, mükafatı Bakıda Misir Mədəniyyət Mərkəzinin direktoru professor Tariq Əbu Əl-Futuh təqdim edib. S.Nəsirov Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir.