Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: misir

Misirdə Qəzzanın bərpasına dair beynəlxalq konfrans keçiriləcək

Misirdə Qəzzanın bərpasına dair beynəlxalq konfrans keçiriləcək

Misirin Qahirə şəhərində Qəzzanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Misirin Xarici İşlər, Miqrasiya və Xaricdə Yaşayan Misirlilər naziri Bedir Abdulati Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, məqsəd Qəzzanın yenidən qurulması üçün imkanların təşviq edilməsidir.

Türkiyə və Misir XİN rəhbərləri Qəzzanı müzakirə edəcək

Türkiyə və Misir XİN rəhbərləri Qəzzanı müzakirə edəcək

Sabah Ankarada Türkiyə və Misirin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Primeinfo.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və onun həmkarı Bədr Əbdülati Qəzzadakı atəşkəsin növbəti mərhələlərinin icrasını və orada aparılacaq yenidənqurma işlərini müzakirə edəcəklər. Qeyd edək ki, bundan əvvəl Türkiyə atəşkəsə nəzarət məqsədilə Qəzzaya beynəlxalq hərbi kontingent göndərilməsində iştirak etməyə hazır olduğunu bildirib.

Sahibə Qafarova Misirə işgüzar səfərə edib - FOTO

Sahibə Qafarova Misirə işgüzar səfərə edib - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 1-də Misir Ərəb Respublikasının Qahirə şəhərinə işgüzar səfərə gedib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, Qahirənin beynəlxalq hava limanında Milli Məclisin sədrini Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin səfiri Valid Şams, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edəcək.

Ermənistan prezidenti Misirə səfər edib

Ermənistan prezidenti Misirə səfər edib

Ermənistan prezidenti Vahan Xaçaturyan noyabrın 1-dən 3-dək Misirin paytaxtı Qahirədə işgüzar səfərdə olacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Misir prezidentinin dəvəti ilə Ermənistan prezidenti Misir Milli Muzeyinin açılış mərasimində iştirak edəcək.

Ərdoğanın Misir səfərində gərginlik: təyyarə ikinci cəhddə yerə endi

Ərdoğanın Misir səfərində gərginlik: təyyarə ikinci cəhddə yerə endi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza üzrə sülh sammitində iştirak etmək üçün Misirin Şarm əl-Şeyx şəhərinə səfər edib. Primeinfo.az-ın Modern.az-a istinadən məlumatına görə, onu hava limanında Misir Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb. Lakin səfər zamanı diqqətçəkən hadisə yaşanıb.

Prezident fələstinli həmkarı ilə - VİDEO

Prezident fələstinli həmkarı ilə - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb. Primeinfo.az xəbər verir ki, Azərbaycan və Fələstin liderləri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində görüşüblər. Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Trampın çıxışı zamanı TƏXRİBAT

Trampın çıxışı zamanı TƏXRİBAT

ABŞ Prezidenti Donald Trampın Knessetdəki (İsrail parlamenti) çıxışı zamanı təxribat törədilib. Primeinfo.az-ın məlumatına görə, Knesset üzvləri Ayman Odeh və Ofer Kassif Trampın çıxışı zamanı “soyqırımı” yazısı olan plakat qaldırdıqları üçün zaldan çıxarılıblar. Ayman Odeh – fələstin-israil mənşəli deputat, Ofer Kassif isə kommunist “Hadaş” partiyasını təmsil edir, fraksiyada yeganə yəhudidir.

Prezident İlham Əliyev Misirə gedib - FOTO

Prezident İlham Əliyev Misirə gedib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gedib.