Misir gərginliyin azaldılması səylərinin bir hissəsi olaraq İranla əlaqə saxlayır. Primeinfo.az xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdüləti “Al Arabiya” telekanalına bildirib. O, əlaqələrin siyasi və diplomatik həll yollarını gücləndirməyə yönəldiyini qeyd edib.
Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan xarici işlər nazirləri avqustun sonunda İstanbulda görüşəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan və onun pakistanlı həmkarı İshaq Darın telefon danışığında bildirilib. Türkiyə mediasının xəbərinə görə, İshaq Dar görüşdə iştirak etmək üçün Hakan Fidanın dəvətini qəbul edib.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner bazar günü Misirdə HAMAS liderləri ilə görüşərək onları silahsızlaşdırma ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.
“Türkiyə Misirin avqustun 7-də Ankara, Ər-Riyad və İslamabad arasında imzalanmış Məkkə sazişinə qoşulacağına ümid edir”. Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin Əl-Alameyn şəhərində misirli həmkarı Bədr Əbdül Ati ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, Ankara bu məsələni Misirlə sazişin imzalandığı ilk gündən müzakirə edir: “Misir hazırda məsələni ətraflı şəkildə araşdırır və Türkiyə onun yaxın vaxtlarda sazişin rəsmi tərəfdaşı olacağına ümid edir”.
Misirdə Azərbaycan dilinə maraq günbəgün artır. Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyəti nəzdində Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib. Primeinfo.az-a verilən məlumata görə, görüşdə çıxış edən Cəmiyyətin sədri və Dünya Azərbaycalı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə Azərbaycanın tarixi, zəngin mədəni irsi, ədəbiyyatı və müasir inkişafı barədə ətraflı məlumat verib.
Misir Ərəb Respublikasında Şəriflər İttifaqının sədri əs-Seyyid Mahmud əl-Şərif Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovu elm və biliyə xidmət sahəsində səmərəli fəaliyyəti, tolerantlıq dəyərlərinin təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrə görə “Peyğəmbərin Möhürü” ordeni ilə təltif edib. Primeinfo.az xəbər verir ki, Seymur Nəsirov 25 ildən artıqdır ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. O, 250-dən çox əslən azərbaycanlı alim haqqında məlumatların yer aldığı iki kitabın müəllifidir.
Hər il Ramazan ayında Misirin Vəqflər Nazirliyi tərəfindən “Alimlərlə Görüş” proqramı təşkil olunur. Primeinfo.az xəbər verir ki, proqramın bu dəfəki qonağı Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov olub. Bir saatdan artıq davam edən görüşdə əsrlər boyu xalqlarımız arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb.
Misirin Qahirə şəhərində “Fətva və humanitar gerçəklik problemləri: müasir çətinliklərlə ayaqlaşan rasional ictihada doğru” şüarı ilə beynəlxalq konfrans keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə dünyanın 50-dən çox ölkəsindən müftilər, şəriət alimləri, ekspertlər və mütəxəssislər iştirak edib. Misirdə Azərbaycan diasporunun sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri tədqiqatçı-alim Seymur Nəsirov konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışıb.
Misir tərəfindən Azərbaycana mina təhlükəsi ilə mübarizə istiqamətində dəstək göstərilməsi imkanları müzakirə edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovla Misirin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda arasındakı görüşdə müzakirə aparılıb. Görüşdə Agentliyin qarşısında duran vəzifə və hədəflər, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlarla çirklənmə miqyası, həmçinin Böyük Qayıdış proqramı çərçivəsində icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dair görülən işlər barədə səfirə ətraflı məlumat verilib.
Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrahman Al Sani, həmçinin Misir Ümumi Kəşfiyyat Xidməti rəhbəri Həsən Rəşat zəmanətçi ölkələr kimi Misirdə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçid, ABŞ-la birgə səylərin gücləndirilməsi, atəşkəsin davamlılığını təmin edilməsi və pozuntuların qarşısını almaq üçün Mülki-Hərbi Koordinasiya Mərkəzi ilə koordinasiyanın artırılması müzakirə olunub.