Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rusiya-Ukrayna müharibəsi

Rusiyadan Ukraynaya hücum: 15 yaralı - aralarında UŞAQLAR DA VAR

Rusiyadan Ukraynaya hücum: 15 yaralı - aralarında UŞAQLAR DA VAR

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı şəhərinə endirdiyi zərbə nəticəsində 15 nəfər xəsarət alıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyinə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorova bildirib. Agentliyin məlumatına görə, xəsarət alanlar arasında 13, 15 və 17 yaşlı uşaqlar da olub.

Rostovda dron zavodu, Krasnodarda isə dəniz limanı VURULDU - FOTO - VİDEO

Rostovda dron zavodu, Krasnodarda isə dəniz limanı VURULDU - FOTO - VİDEO

Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinin Taqanroq şəhərində pilotsuz uçuş aparatlarının (PUA) layihələndirilməsi və istehsalı ilə məşğul olan “Atlant Aero” müəssisəsinə hücum edib. Primeinfo.az Musavat.com-aistinadən xəbər verir ki, sözügedən şirkət “Molniya” tipli zərbə-kəşfiyyat dronları və “Orion” PUA-ları üçün ehtiyat hissələri istehsal edir. Rostov vilayətinin qubernatoru regiona raket hücumunun edildiyini təsdiqləyib.

Ukraynanın 1 gündə 754 təyyarə tipli PUA-sı vurulub

Ukraynanın 1 gündə 754 təyyarə tipli PUA-sı vurulub

Rusiya son 24 saat ərzində Ukraynanın 754 təyyarə tipli pilotsuz uçuş aparatını vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, bu xüsusi hərbi əməliyyat (Ukrayna müharibəsi-red) sutka ərzində vurulan dronların sayına görə rekord göstərici hesab olunur.

Daha 5 azərbaycanlı Ukraynada həlak oldu - SİYAHI

Daha 5 azərbaycanlı Ukraynada həlak oldu - SİYAHI

Rusiya-Ukrayna müharibəsində Azərbaycan əsilli hərbçilərin ölüm və itkin düşməsi halları qeydə alınmağa davam edir. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, döyüşlərdə daha 5 həmyerlimizin ölüm faktı təsdiqlənib. Belə ki, Rusiya ordusunun sıralarında vuruşan Rəhimov Rafiq Ənvər oğlu (1983-cü il təvəllüd), Qəribov Teymur Əmrah oğlu (1989-cü il), Həsənov Sadıx Qabil oğlu (1978-ci il), Abdullayev Rəşid Nizaməddin oğlu (1989-cu il) və Aydoğan Səbahəddin İzzəddin oğlu (2001-ci il) Rusiya-Ukrayna cəbhəsinin Donetsk, Zaporojye və Xarkov vilayətləri istiqamətlərində keçirilən döyüş əməliyyatlarında həlak olub.