Artıq Rusiyada bu savaşa xüsusi əməliyyat deyil, müharibə deməyə başlayıblar. Əgər bu proses başlayıbsa, deməli gələcəkdə səfərbərliyə də gedə bilərlər. Rusiyada ciddi iqtisadi böhran yaşanır, amma Putin müharibəni dayandırmaq istəmir…
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini daha 90 gün uzadıb. Primeinfo.az “RBK-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ali Rada bugünkü iclasında qərar qəbul edib. Qərara əsasən, hərbi vəziyyət və ümumi səfərbərlik ən azı 31 oktyabr 2026-cı il tarixinədək qüvvədə qalacaq.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi xidmətdən yayınanlara xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, qurum vətən qarşısında borcunu ödəməkdən boyun qaçıranları həbs cəzası gözlədiyini açıqlayıb. Bildirilib ki, Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.