Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Sərdar Berdiməhəmmədov

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə TANIŞLIQ - FOTO

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə TANIŞLIQ - FOTO

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. Primeinfo.az xəbər verir ki, “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb.

Sərdar Berdiməhəmmədov: "Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir"

Sərdar Berdiməhəmmədov: "Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir"

Türkmənistan və Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək. Primeinfo.az xəbər verir ki, bu sözləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib. O qeyd edib ki, bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir.

Sərdar Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Sərdar Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Azərbaycandda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Primeinfo.az xəbər verir ki, Türkmənistan prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Türkmənistan Prezidenti Zəfər parkında - FOTO

Türkmənistan Prezidenti Zəfər parkında - FOTO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də Bakıda Zəfər parkını ziyarət edib. Primeinfo.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkmənistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.