Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin digər rəsmiləri, Prezidentin Şuşa rayonundakı xüsusi nünmayəndəsi Aydın Kərimov, Yazıçılar Birliyinin nümayəndələri, eləcə də türk dünyasından yazıçı və şairlər iştirak ediblər. Çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev Vaqif Poeziya Günlərinin mədəniyyət və ədəbiyyat adına ən işıqlı tədbirlərdən biri adlandırıb.
Poeziya və mədəniyyət türk xalqlarını mənəvi cəhətdən birləşdirir. Primeinfo.az xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Vaqif Poeziya Günləri çərçivəsində “Sözün sabahı: Türk dünyanın gənc şairlər festivalında deyib. O, bu gün Şuşada və Ağdamda ortaq tarix, dil, mədəniyyət və gələcəyə inamı bir daha möhkəmləndirdiklərini bildirib: “Dövlətləri sərhədlər ayırsa da, mədəniyyət, incəsənət və poeziya onları mənəvi cəhətdən birləşdirir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyul tarixlərində növbəti Vaqif Poeziya Günləri keçiriləcək. Bu barədə Primeinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Sözün hekayəsi” şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır.