“Cenevrədə BMT-nin Ofisində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş brifinqdə 100-ə yaxın akkreditə olunmuş diplomatik missiya nümayəndələri ilə görüşdük”. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “X” hesabında paylaşımda qeyd edib. “Vurğuladıq ki, “WUF13Azerbaijan” hökumətlərin, şəhərlərin, beynəlxalq təşkilatların, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə həllərin formalaşdırılması üçün qlobal platforma rolunu oynayacaq.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dekabrın 11-də növbəti iclası keçirilib.
2026-cı il mayın 17-də Bakıda BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlərin yüksək səviyyəli iclası keçiriləcək.
“2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) iştirak üçün 20 000-dən çox qonaq gələcək”. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu ADA Universitetində 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası ilə bağlı təqdimatda BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə rəhbəri Anna Soave jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, WUF13 dünyanın ən böyük tədbirlərindən biridir: “Mütləq olaraq şəhərsalma mövzusuna fokuslanan ən böyük tədbirdir.