Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: WUF13

Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR - FOTO

Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR - FOTO

“WUF13 tədbirində nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədilə yaradılan zolaqlardan yalnız tədbirdə iştirak edən şəxslərin daşınmasını həyata keçirən nəqliyyat vasitələri istifadə edə biləcək”. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə deyib. O bildirib ki, bu zolaqlarda tədbir zamanı hərəkət 24 saat fasiləsiz təmin olunacağı üçün digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi qadağandır: “Avtobus zolaqlarında olduğu kimi müəyyən vaxt çərçivəsində digər nəqliyyat vasitələrinin nəzərdə tutulan zolaqdan istifadəsinə icazə verilməyəcək”.

Vüqar Aslanov: "WUF13-də 4 əsas məkan üzrə fasiləsiz nəqliyyat əlaqəsi təmin olunacaq"

Vüqar Aslanov: "WUF13-də 4 əsas məkan üzrə fasiləsiz nəqliyyat əlaqəsi təmin olunacaq"

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təqdim olunacaq nəqliyyat xidmətləri müxtəlif kateqoriyaları əhatə edəcək. Primeinfo.az AZƏRTAC-a xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib. Onun sözlərinə görə, xidmətlərə müntəzəm avtobus və transfer daşımaları, rəsmi və xüsusi mühüm şəxslər üçün nəqliyyatın təşkili, nəqliyyat parkının və dispetçer xidmətlərinin idarə olunması, yol hərəkətinin tənzimlənməsi, xüsusi hərəkət zolaqlarının təşkili və nəqliyyat vasitələri üçün buraxılış sisteminin tətbiqi daxildir.

Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları yaradılacaq - WUF13

Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları yaradılacaq - WUF13

WUF13 çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Müvəqqəti hərəkət zolaqları Heydər Əliyev prospekti – Aerport şosesi, Abbasqulu ağa Bakıxanov küçəsi, Mehdi Abbasov küçəsi, Mikayıl Əliyev küçəsi, Yusif Səfərov küçəsi və Mikayıl Müşfiq küçəsində yaradılacaq.

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 2-də Lənkəran şəhərində WUF13 Festivalına start verilib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki , günün birinci yarısında Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Sessiyada universitetin və onun nəzdində olan Sosial və Aqrar-texnoloji Kollecin müəllim-tələbə heyəti iştirak edib.

WUF13-lə bağlı bəzi məktəblərdə tədris distant formada olacaq

WUF13-lə bağlı bəzi məktəblərdə tədris distant formada olacaq

Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Əmrə əsasən, WUF13-ün keçiriləcəyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.

Hikmət Hacıyev Gəncə ilə bağlı paylaşım edib - VİDEO

Hikmət Hacıyev Gəncə ilə bağlı paylaşım edib - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “AnewZ” telekanalının Gəncə haqqında hazırlanmış süjetini paylaşıb.

Bakı Olimpiya Stadionu WUF13 çərçivəsində 40 əsas sessiyaya ev sahibliyi edəcək - FOTO -  VİDEO

Bakı Olimpiya Stadionu WUF13 çərçivəsində 40 əsas sessiyaya ev sahibliyi edəcək - FOTO -  VİDEO

2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas tədbirləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev XIII Qlobal Bakı Forumunda keçirilən brifinqdə deyib. Anar Quliyev qeyd edib ki, Forum çərçivəsində 40 əsas sessiya, tərəfdaşların təşkil etdiyi təxminən 350 tədbir və 35 min kvadratmetr sahəni əhatə edən geniş şəhər sərgisi keçiriləcək.

Bakıda WUF13 çərçivəsində ilk dəfə Liderlərin Zirvə Görüşü keçiriləcək

Bakıda WUF13 çərçivəsində ilk dəfə Liderlərin Zirvə Görüşü keçiriləcək

“Cenevrədə BMT-nin Ofisində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş brifinqdə 100-ə yaxın akkreditə olunmuş diplomatik missiya nümayəndələri ilə görüşdük”. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “X” hesabında paylaşımda qeyd edib. “Vurğuladıq ki, “WUF13Azerbaijan” hökumətlərin, şəhərlərin, beynəlxalq təşkilatların, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə həllərin formalaşdırılması üçün qlobal platforma rolunu oynayacaq.