Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: WUF13

WUF13: "Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq"

WUF13: "Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq"

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək. Əməliyyat Şirkətindən Primeinfo.az-a verilən məlumata görə, monitorinq çərçivəsində mayın 13-də saat 10:00–14:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq. Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

WUF13: "Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi zal 6000-ə qədər iştirakçını qəbul edə biləcək"

WUF13: "Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi zal 6000-ə qədər iştirakçını qəbul edə biləcək"

Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olarkən bildirilib. Qeyd edilib ki, mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir.

Səudiyyə Ərəbistanı WUF13-də iştirak edəcək

Səudiyyə Ərəbistanı WUF13-də iştirak edəcək

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasında (WUF13) Səudiyyə Ərəbistanı nümayəndə heyətinə ölkənin bələdiyyələr və mənzil-tikinti naziri Məcid bin Abdullah əl-Hoqayl rəhbərlik edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi dövlət xəbər agentliyi məlumat yayıb. Səfərin məqsədi şəhərsalma, mənzil siyasəti və dayanıqlı şəhər inkişafı sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Suriya WUF13-də iştirak edəcək

Suriya WUF13-də iştirak edəcək

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Dəməşq qubernatoru Maher Edlibi ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb. Məlumata görə, görüş Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasında (WUF13) iştirak edəcək Suriya Ərəb Respublikası nümayəndə heyətinin Azərbaycana səfərindən əvvəl keçirilib.

WUF13 könüllülərinin simvolik fləşmobu

WUF13 könüllülərinin simvolik fləşmobu

WUF13 könüllüləri Bakı Olimpiya Stadionunda simvolik fləşmob keçiriblər. Primeinfo.az xəbər verir ki, fləşmob Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunub. https://youtu.be/bbQThzs2lEA?si=Ac2NdGRkM7QOzamr

WUF13-ün media tərəfdaşları elan edilib

WUF13-ün media tərəfdaşları elan edilib

17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) media tərəfdaşları elan edilib. Əməliyyat Şirkətindən APA-ya verilən xəbərə görə, media tərəfdaşları tədbirin qlobal, regional və ölkə daxilində geniş işıqlandırılmasına dəstək olmaqla yanaşı, WUF13 çərçivəsində aparılan müzakirələri və əldə olunan əsas nəticələri, o cümlədən gözlənilən Bakı Fəaliyyətə Çağırış sənədini geniş auditoriyaya çatdıracaqlar. Media tərəfdaşlarının hazırlayacağı reportaj və materiallar dayanıqlı şəhər inkişafının layiqli və əlçatan mənzil təminatı, qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası, o cümlədən torpaq və əsas xidmətlərlə təminat kimi prioritet istiqamətləri barədə məlumatlılığın artırılmasına töhfə verəcək.