Xəbər verdiyimiz kimi, Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öz işinə başlayıb. Primeinfo.az xəbər verir ki, bununla əlaqədar bir sıra dövlət prezidentləri və rəsmiləri Azərbaycana gəlib. Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonu Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Mənzil yalnız sosial məsələ deyil, həm də iqtisadi inkişaf, iqlim dayanıqlığı və insan ləyaqəti məsələsidir.
İqlim dəyişikliyi, şəhərləşmə təzyiqləri və geosiyasi böhranlar dünya miqyasında mənzil problemlərini daha da artırır.
Budəfəki sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 17-də “Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) məlumat verilib. Bundan başqa, AZCON Holding-in stendində (D15) dəmir yollarının urbanizasiyanın inkişafındakı roluna həsr olunmuş rəqəmsal təqdimatları olacaq.
WUF13-ə hazırlıq dövründə və forumun keçiriləcəyi müddətdə AYNA-nın fəaliyyəti Bu barədə Primeinfo.az-a AYNA-dan məlumat verilib. Avtobuslarla daşınma Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən WUF13 Əməliyyat şirkəti ilə birgə WUF13 forumu çərçivəsində 9 HUB və 2 son məntəqə, eyni zamanda 67-dən çox aralıq məntəqə təşkil edilib. Tədbir iştirakçılarını Heydər Əliyev Beynəlxalq Hava Limanından müəyyən edilmiş məntəqələrədaşınması üçün 6, eyni zamanda tədbir günlərində həmin məntəqələrdən forumun keçiriləcəyi əraziyə daşınması üçün 12 marşrut fəaliyyət göstərir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində mühüm mərhələ qeydə alınıb.Bu günə olan məlumata görə, forumda iştirak üçün artıq 182 ölkədən 40 mindən çox nəfər qeydiyyatdan keçib.
15 may 2026-cı il tarixindən etibarən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində iştirakçıların tədbir məkanına rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə WUF13 nəqliyyat sistemi tam şəkildə fəaliyyətə başlayıb. Əməliyyat Şirkətindən Primeinfo.az-a verilən məlumata görə, WUF13 iştirakçıları hava limanı, nəqliyyat mübadilə mərkəzləri, qonaqlama əraziləri və WUF13 tədbir məkanı arasında əlaqəni təmin edən inteqrasiya olunmuş nəqliyyat xidmətlərindən yararlana bilərlər. Tədbirlə əlaqədar olaraq, WUF13 Hava Limanı avtobus xidməti 12–25 may tarixlərində günün 24 saatı fasiləsiz fəaliyyət göstərəcək.
WUF13 üçün onlayn qeydiyyat başa çatıb. Bu barədə Primeinfo.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, onlayn qeydiyyatdan keçməyən iştirakçılar 17 may tarixindən etibarən WUF13 tədbir məkanında qeydiyyatdan keçə biləcəklər.
Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ölkəmizin paytaxtı ilə yanaşı, regionların da beynəlxalq turizm xəritəsindəki mövqeyini möhkəmləndirəcək. Azərbaycanın füsunkar bölgələri, xüsusilə də zəngin təbiəti və qədim mədəniyyəti ilə seçilən cənub regionu bu mötəbər tədbir çərçivəsində ölkəmizə gələcək çoxsaylı xarici qonaqları qarşılamağa hazırdır. Yeni turizm mövsümü ərəfəsində ölkəmizin cənub bölgəsində hazırlıq işləri artıq yekunlaşmaq üzrədir.