Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: WUF13

Mavriki Prezidenti Azərbaycana gəldi - FOTO

Mavriki Prezidenti Azərbaycana gəldi - FOTO

Mavriki Prezidenti Daramber Qoxul BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.

Bolqarıstan prezidenti Azərbaycanda - FOTO

Bolqarıstan prezidenti Azərbaycanda - FOTO

Bolqarıstan Prezidenti İliyana Yotova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.

YAFSA-nın təsisçisi: "Şəhərləşmənin yaratdığı çağırışlara hazır olmalıyıq"

YAFSA-nın təsisçisi: "Şəhərləşmənin yaratdığı çağırışlara hazır olmalıyıq"

Yaxın gələcəkdə əhalinin 70 faizi şəhərlərdə yaşayacaq və onların da əksəriyyətini uşaqlar və gənclər təşkil edəcək. O səbəbdən də belə vəziyyətin yaradacağı çağırışlara cavab verməyə hazır olmalıyıq. Primeinfo.az verir ki, bunu BMT-nin UN-Habitat Gənclər Məşvərət Şurasının üzvü Gənc Afrikalılar Dayanıqlı Afrika Uğrunda (YAFSA) təşkilatının təsisçisi və icraçı direktoru Jonathan Some Uşaq və Gənclər Assambleyasında çıxışı zamanı deyib.

"WUF13 beynəlxalq əhəmiyyətə malikdir" - qvineyalı nazir

"WUF13 beynəlxalq əhəmiyyətə malikdir" - qvineyalı nazir

Azərbaycanda keçirilən və bu gün bizi bir araya gətirən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) xüsusi beynəlxalq əhəmiyyətə malikdir. Hazırda Azərbaycanda müşahidə olunan yağışlı hava şəraiti bir daha nümayiş etdirir ki, urbanizasiya, yaşayış mühiti və ərazi planlaşdırılması sahəsində həyata keçirilən dövlət siyasətləri ekoloji çağırışlar və ətraf mühitin qorunması prinsipləri ilə uzlaşdırılmalıdır. Primeinfo.az xəbər verir ki, bu sözləri Qvineyanın şəhərsalma, mənzil və ərazi planlaşdırılması naziri Mohamed Lamine Sy Savane deyib.

Şri -Lankalı nazir: "Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir"

Şri -Lankalı nazir: "Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir"

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mənzil siyasətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi baxımından hər bir ölkə üçün mühüm əhəmiyyət daşıyır. Primeinfo.az xəbər verir ki, bu sözləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Şri -Lankanın mənzil, tikinti və su təchizatı naziri Herat Mudiyanselaqe Ranasinqe deyib. Nazir qeyd edib ki, forum çərçivəsində aparılan müzakirələr dayanıqlı şəhərsalma, münasib mənzil təminatı və urbanizasiya sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir.

Malavili nümayəndə: "Azərbaycan urbanizasiya sahəsində inkişaf etməkdə olan ölkələrə nümunədir" - VİDEO

Malavili nümayəndə: "Azərbaycan urbanizasiya sahəsində inkişaf etməkdə olan ölkələrə nümunədir" - VİDEO

Azərbaycan urbanizasiya və infrastrukturun müasirləşdirilməsi sahəsində digər inkişaf etməkdə olan ölkələr üçün mühüm nümunə ola bilər. Primeinfo.az xəbər verir ki, bu sözləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən, Malavinin Torpaq, Mənzil və Şəhərsalma Nazirliyinin Mənzil departamentinin direktoru Vezzi Madzi deyib. O qeyd edib ki, Azərbaycanda son illərdə həyata keçirilən inkişaf layihələri və şəhərsalma təcrübəsi diqqətçəkəndir.

"Komandamızın 90 faizini qadınlar təşkil edirlər" - bəhreynli nazir 

"Komandamızın 90 faizini qadınlar təşkil edirlər" - bəhreynli nazir 

Burada çıxış etmək mənim üçün çox xoşdur. Primeinfo.az xəbər verir ki, bu sözləri Bəhreynin mənzil və şəhərsalma naziri Amna bin Ahmed Al Rumaihi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasının açılış sessiyasında deyib. O, WUF13-ün böyük tədbir olduğunu bildirib: “Bu tədbir qadınların və ailələrin inkişafı üçün önəmlidir.

"Bu tədbir davamlı şəhərsalma ilə bağlı müzakirələrin aparılması üçün vacib rol oynayır" - WUF iştirakçısı

"Bu tədbir davamlı şəhərsalma ilə bağlı müzakirələrin aparılması üçün vacib rol oynayır" - WUF iştirakçısı

Dünyada urbanizasiya prosesinin çox sürətlə getdiyi, şəhərlərə axının olduğu və bunun nəticəsində insanların təklif edilən xidmətlərin çatışmazlığı ilə üzləşdiyi bir dönəmdə belə bir tədbirin keçirilməsi çox əhəmiyyətlidir. Primeinfo.az xəbər verir ki, bu sözləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Dora Morema deyib. O bildirib ki, bu tədbir davamlı şəhərsalma, eləcə də şəhərlərin və digər yaşayış məskənlərinin inkişafı ilə bağlı müzakirələrin aparılması üçün vacib rol oynayır: “Azərbaycan COP29 kimi yüksəksəviyyəli tədbirə ev sahibliyi etməklə davamlı inkişaf sahəsində liderlik rolu nümayiş etdirib”.