Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: WUF13

WUF13 çərçivəsində 24 000-ə yaxın sərnişin daşınıb - AYNA

WUF13 çərçivəsində 24 000-ə yaxın sərnişin daşınıb - AYNA

Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir. Primeinfo.az-a bu barədə AYNA-dan məlumat verilib. Bildirilib ki, forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir.

Bakıya rəng qatan qonaqlar - FOTO

Bakıya rəng qatan qonaqlar - FOTO

Məlum olduğu kimi, ötən gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) işə başlayıb. Primeinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-si keçirilən tədbirlə bağlı dünyanın 182 ölkəsindən 35 mindən çox iştirakçı ölkəmizdədir. Foruma qatılan müxtəlif ölkələrin nümayəndələri həm də fərqli mədəniyyətləri təmsil edirlər.

İlham Əliyev: "Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirilib"

İlham Əliyev: "Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirilib"

Biz Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirməli olduq. Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib. “Bakıya gəldikdə bir neçə məqamı da qeyd etmək istərdim.

Hikmət Hacıyev: "Azərbaycan qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib" - VİDEO

Hikmət Hacıyev: "Azərbaycan qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib" - VİDEO

Qlobal gərginliyin və münaqişələrin artdığı bir dövrdə Azərbaycan beynəlxalq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb. O qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirən Ümumdünya Şəhərsalma Forumu (WUF13) rəsmi olaraq işə başlayıb.

"Biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq" - Ölkə başçısı

"Biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq" - Ölkə başçısı

Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib. Prezident həmçinin bildirib ki, bu günlər ərzində bir çox qonaqlarımız, eləcə də ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar.

Qırğız nazir müavini: "Təcrübə mübadiləsi üçün WUF13 çox yaxşı platformadır"

Qırğız nazir müavini: "Təcrübə mübadiləsi üçün WUF13 çox yaxşı platformadır"

Biz Azərbaycanda həyata keçirilən şəhərsalma təcrübəsindən istifadə edərək Qırğızıstanda bir sıra işləri həyata keçirmişik. Bunlardan biri məişət tullantılarının yandırılması zavodudur. Təcrübəyə əsasən Bişkekdə qurulan bu zavod məişət tullantılarının aradan qaldırılması ilə yanaşı, enerji də istehsal edir ki, bu da əhalinin ekoloji təmiz enerji ilə təmin olunmasında böyük rol oynayır.