Xəbər axtarın

Son axtarış nəticələri:

"Biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq" - Ölkə başçısı

18.05.2026 13:07

"Biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq" - Ölkə başçısı

Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.

Prezident həmçinin bildirib ki, bu günlər ərzində bir çox qonaqlarımız, eləcə də ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar.

Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlət başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib.

Paylaş: