Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: WUF13

"Komandamızın 90 faizini qadınlar təşkil edirlər" - bəhreynli nazir 

"Komandamızın 90 faizini qadınlar təşkil edirlər" - bəhreynli nazir 

Burada çıxış etmək mənim üçün çox xoşdur. Primeinfo.az xəbər verir ki, bu sözləri Bəhreynin mənzil və şəhərsalma naziri Amna bin Ahmed Al Rumaihi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasının açılış sessiyasında deyib. O, WUF13-ün böyük tədbir olduğunu bildirib: “Bu tədbir qadınların və ailələrin inkişafı üçün önəmlidir.

"Bu tədbir davamlı şəhərsalma ilə bağlı müzakirələrin aparılması üçün vacib rol oynayır" - WUF iştirakçısı

"Bu tədbir davamlı şəhərsalma ilə bağlı müzakirələrin aparılması üçün vacib rol oynayır" - WUF iştirakçısı

Dünyada urbanizasiya prosesinin çox sürətlə getdiyi, şəhərlərə axının olduğu və bunun nəticəsində insanların təklif edilən xidmətlərin çatışmazlığı ilə üzləşdiyi bir dönəmdə belə bir tədbirin keçirilməsi çox əhəmiyyətlidir. Primeinfo.az xəbər verir ki, bu sözləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Dora Morema deyib. O bildirib ki, bu tədbir davamlı şəhərsalma, eləcə də şəhərlərin və digər yaşayış məskənlərinin inkişafı ilə bağlı müzakirələrin aparılması üçün vacib rol oynayır: “Azərbaycan COP29 kimi yüksəksəviyyəli tədbirə ev sahibliyi etməklə davamlı inkişaf sahəsində liderlik rolu nümayiş etdirib”.

"Təhlükəsiz su olmadan keyfiyyətli yaşayış mümkün deyil" - Akram Nassar

"Təhlükəsiz su olmadan keyfiyyətli yaşayış mümkün deyil" - Akram Nassar

“Su təchizatı və kanalizasiya xidmətləri mənzil məsələsinin ayrılmaz hissəsidir. Təhlükəsiz su təminatı olmadan keyfiyyətli yaşayışdan danışmaq mümkün deyil”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Fələstinin Su Təchizatı və Kanalizasiya İdarəsinin baş direktoru Akram Nassar deyib.

Nazir müavini: "Qarabağda 9 yeni şəhər və yüzlərlə yaşayış məntəqəsi qurulur"

Nazir müavini: "Qarabağda 9 yeni şəhər və yüzlərlə yaşayış məntəqəsi qurulur"

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə 9 yeni şəhər və yüzlərlə yaşayış məntəqəsi inşa edir. Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Uşaq və Gənclər Assambleyasının açılış sessiyasında çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib.   Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesi yalnız yolların və binaların tikintisini deyil, həm də etimadın, imkanların və gündəlik həyatın bərpasını əhatə edir.

Slovakiya Baş nazirinin müavini Azərbaycana gəlib

Slovakiya Baş nazirinin müavini Azərbaycana gəlib

Slovakiya Respublikası Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.

Anaklaudia Rossbax: Nazirlərin görüşü dayanıqlı urbanizasiya üçün mühüm imkandır

Anaklaudia Rossbax: Nazirlərin görüşü dayanıqlı urbanizasiya üçün mühüm imkandır

Bugünkü tədbir dayanıqlı urbanizasiya sahəsində qarşıdakı addımları müəyyənləşdirmək üçün mühüm imkandır. Primeinfo.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax yeni urbanizasiya gündəliyi mövzusuna həsr olunmuş nazirlər görüşündə bildirib. O əlavə edib ki, Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşü ilə proqramın icrasının ilk onilliyinə yekun vurulacaq: “Bu nazirlər görüşü icranın ilk onilliyinə yekun vurmaq və əlçatan mənzil məsələsini şəhər transformasiyasının növbəti onilliyinin mərkəzinə çıxarmaq üçün mühüm platformadır”.

Əfqanıstan nümayəndə heyəti WUF13-də iştirak etmək üçün Bakıya yola düşüb

Əfqanıstan nümayəndə heyəti WUF13-də iştirak etmək üçün Bakıya yola düşüb

Əfqanıstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin (NEPA) rəhbəri Mövləvi Məti-ül-Haq Xalis Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) ölkənin nümayəndə heyətinə rəhbərlik edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə NEPA məlumat yayıb. Bildirilib ki, nümayəndə heyəti artıq Azərbaycana yola düşüb və forumun tədbirlərində fəal iştirak etmək niyyətindədir.