Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: WUF13

WUF13 könüllüləri qatarlardan ödənişsiz istifadə edə biləcəklər - FOTO

WUF13 könüllüləri qatarlardan ödənişsiz istifadə edə biləcəklər - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.   P     Xüsusilə Bakı Dəmiryol Vağzalında, həmçinin Koroğlu və Bakıxanov dayanacaqlarında gözlənilən yüksək sərnişin trafikinin effektiv idarə olunması məqsədilə həmin məntəqələrə əlavə heyət və könüllülər cəlb edilib. Könüllülər üçün ADY-də təlim sessiyaları keçirilib, tədbir zamanı işin düzgün təşkili üçün müvafiq qaydalar izah olunub.

DİQQƏT: Bakı metrosunun iş rejimi dəyişdiriləcək - QRAFİK

DİQQƏT: Bakı metrosunun iş rejimi dəyişdiriləcək - QRAFİK

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Primeinfo.az-a bu barədə “Bakı Metropoliteni”ndən məlumat verilib. Bildirilib ki, paytaxtda keçiriləcək mədəni-kütləvi tədbirlər və əməliyyat planına uyğun olaraq, sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişikliklər ediləcək.

“AYNA MaaS”a “WUF13” funksiyası əlavə olunub - VİDEO

“AYNA MaaS”a “WUF13” funksiyası əlavə olunub - VİDEO

17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar “AYNA MaaS” mobil tətbiqinə yeni funksiya əlavə olunub. Primeinfo.az-a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, qonaqlar və tədbir iştirakçıları tətbiqdə “WUF13” funksiyasını aktivləşdirməklə sessiyanın keçiriləcəyi günlərdə səyahətlərini daha asan və rahat edə bilərlər.

WUF13 Festivalı başa çatıb

WUF13 Festivalı başa çatıb

17–22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində ölkə ictimaiyyətinin bu mötəbər beynəlxalq tədbir barədə məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı təşkil olunub. Əməliyyat Şirkətindən Primeinfo.az-a verilən məlumata görə, festival Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıt şəhərlərində keçirilib və Bakıda yekun tədbirlə başa çatıb. WUF13 şəhər festivalları ümumilikdə 9 şəhərdə 115 mindən çox insanı bir araya gətirib.

WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir

WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspress marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.

WUF13 akkreditasiya kartlarının verilməsi mayın 14-də başlanılacaq

WUF13 akkreditasiya kartlarının verilməsi mayın 14-də başlanılacaq

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə 14 may tarixindən etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq. Bu barədə Primeinfo.az-a WUF13 Azərbaycan əməliyyat şirkətindən məlumat verilib. Bildirilib ki, tədbirin keçirildiyi məkan – Bakı Olimpiya Stadionunda yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata keçirilməsini təmin edəcək.