Xarici diplomatlar Qarabağ Universitetində - FOTO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri çərçivəsində xarici diplomatlar Xankəndi şəhərində Zəfər meydanı və Zəfər parkında, eləcə də Qarabağ Universitetində olublar. Primeinfo.az xəbər verir ki, xarici diplomatları qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qonaqlara Zəfər meydanı və Zəfər parkı barədə ətraflı məlumat verib. Bildirib ki, park Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfəri əks etdirən və bu Qələbənin yaddaşlarda əbədiləşdirilməsinə xidmət edən mühüm məkanlardan biridir.