Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı metrosunun iş rejimində DƏYİŞİKLİK

07.05.2026 12:25

Bakı metrosunun iş rejimində DƏYİŞİKLİK

“Bakı Metropoliteni” QSC 9 May–Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək.

Primeinfo.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 9 və 11 may tarixlərində “28 May–Əhmədli” və əks istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətdə, həmçinin “Cəfər Cabbarlı-Xətai” və “Həzi Aslanov-Əhmədli” mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

Bakı metrosunun iş rejimində DƏYİŞİKLİK

“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.

İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Paylaş: