Xəbər axtarın

Son axtarış nəticələri:

İrandan Xamneyinin dəfn mərasimi ərəfəsi ilə bağlı ABŞ və İsrailə XƏBƏRDARLIQ

02.07.2026 17:09

İrandan Xamneyinin dəfn mərasimi ərəfəsi ilə bağlı ABŞ və İsrailə XƏBƏRDARLIQ

Hər hansı bir təhdidə sərt cavab veriləcək.

Primeinfo.az xəbər verir ki, bunu İran ordusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdollahi ölkənin keçmiş Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin dəfn mərasiminin yaxınlaşması ilə bağlı müraciətində deyib.

O, ABŞ və İsraili yanlış hesablamalardan çəkinməyə çağıraraq, İran ərazisinə yönələcək istənilən təhdid və ya təcavüzə görə ordunun sərt cavab verəcəyini vurğulayıb.

Qeyd edək ki, Ayətullah Seyid Əli Xamneyi ilə vida mərasimləri iyulun 4 və 5-də Tehrandakı Mosalla kompleksində keçiriləcək.Keçmiş Ali Rəhbərin cənazəsi iyulun 6-da Tehrandan, iyulun 7-də isə Qum şəhərindən yola salınacaq. O, öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.

Paylaş: