
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin müxalif “Ermənistan” fraksiyasının deputatları ilə görüşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Beşinci kanal”ı məlumat yayıb.
Görüş zamanı Ermənistan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tərəflər həmçinin Ermənistan məhsullarının Rusiya bazarına çıxarılması zamanı tətbiq edilən məhdudiyyətlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün digər təfərrüatları açıqlanmayıb.