Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanlı model Türkiyənin kino sektorunda - FOTO

28.09.2026 15:39

Azərbaycanlı model Türkiyənin kino sektorunda - FOTO

Azərbaycan podiumlarından tanınan 23 yaşlı model Sudabə Kərimova Türkiyədə aktyorluq karyerasına başlamaq üçün ilk rəsmi addımını atıb. Boyu 1,77 metr olan model film prodüseri Yalçın Çobanla yeni kino layihəsində iştirak etmək barədə müqavilə imzalayıb.

Primeinfo.az xəbər verir ki, prodüser Yalçın Çobanın rəhbərliyi ilə həyata keçiriləcək layihə çərçivəsində S.Kərimova aktyorluq sektoruna daxil olacaq.

“Azərbaycanda model kimi qazandığım uğurları indi Türkiyədə aktyorluq sahəsində davam etdirmək və bu uğurları daha da artırmaq istəyirəm. Tanınmış prodüser Yalçın Çobanla belə keyfiyyətli bir layihənin tərkibində olmaq mənim üçün böyük şərəfdir. İnanıram ki, bu ekran əsəri həm Türkiyədə, həm də beynəlxalq arenada böyük əks-səda doğuracaq”, – deyə S.Kərimova bildirib.

Personajların detalları və ssenarisi hələ açıqlanmayan filmin çəkilişlərinə yaxın zamanda başlanılması planlaşdırılır.

Paylaş: