Xəbər axtarın

Son axtarış nəticələri:

Mustafa Sandal 11 milyardı götürüb Dubaya köçüb?

29.09.2026 22:12

Mustafa Sandal 11 milyardı götürüb Dubaya köçüb?
Türkiyənin tanınmış müğənnisi Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalın fondlardan ümumilikdə 11 milyard 126 milyon 528 min 163 lirə (390 milyon manata yaxın) çıxararaq Dubaya yerləşdiyi iddia olunub.

Primeinfo.az xəbər verir ki, Mustafa Sandal özü və ailəsi haqqında türk mediasında yayılan xəbərlərə münasibət bildirib:

“Həyat yoldaşım Melis və atası Cihan Sütşurupla bağlı iddialar, eləcə də onların mənimlə əlaqəsi ədalətsiz və qərəzlidir. Ər-arvad olmaqla yanaşı, Melislə heç vaxt birgə maliyyə biznesi ilə məşğul olmamışıq. 32 ildir musiqi sənayesindəyəm və musiqidən başqa heç bir işim, peşəm və ya gəlirim yoxdur.

Dubay məsələsinə gəldikdə isə Melisin oğlu Dubayda təhsil alır, ona görə də həyat yoldaşımın işi ilə əlaqədar olaraq Dubayda Qızıl Viza yaşayış icazəm var. Türkiyədə hər kəs artıq bilir ki, mən keçən il Böyük Britaniyada Qlobal İstedad Vizası almışam.

Vəkilim mənə qarşı böhtan və təhqir ehtiva edən bütün xəbər və şərhlərlə bağlı lazımi hüquqi tədbirlər görür”.

Qeyd edək ki, İstanbul Respublika Prokurorluğunun kapital bazarları ilə bağlı apardığı istintaqda, Melis Sütşurup Sandalın ləğv edilən fondlardan 11 milyard lirə çıxardığı iddia olunub. İstintaq çərçivəsində 106 şəxs və qurum barəsində əmlak tədbirlərinin tətbiqi tələb olunub.

Paylaş: