Xəbər axtarın

Son axtarış nəticələri:

Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər - FOTO

12.09.2026 11:05

Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər - FOTO

Diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

Primeinfo.az xəbər verir ki, əvvəlcə nümayəndələr Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva diplomatlara tarixi-memarlıq abidəsi, onun mədəni irsi və ərazidə görülən bərpa-quruculuq işləri barədə məlumat verib.

Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216-1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoyub. Bu dəyərli abidənin inşaat və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olub. Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxanilər dövlətinin iqtisadi gücündən soraq verir.

Sonra diplomatik korpusun nümayəndələri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.

Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər - FOTO Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər - FOTO Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər - FOTO Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər - FOTO Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər - FOTO Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər - FOTO Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər - FOTO Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər - FOTO Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər - FOTO

Paylaş: