Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)

Azad edilmiş ərazilərdə 60 mina, 683 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə 60 mina, 683 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (08.12.2025-14.12.2025) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 42 piyada əleyhinə mina, 18 tank əleyhinə mina, 683 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 838,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

1511 partlamamış hərbi sursat zərərsizləşdirilib - ANAMA

1511 partlamamış hərbi sursat zərərsizləşdirilib - ANAMA

  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən dekabrın 1-dən 7-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb. ANAMA-dan Primeinfo.az-a bildirilib ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 273, tankəleyhinə 366 mina və 1511 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin 1 693,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ötən ay azad edilmiş ərazilərdə 783 mina aşkarlanıb

Ötən ay azad edilmiş ərazilərdə 783 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə noyabr ayı üzrə məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində 575 piyada əleyhinə mina, 208 tank əleyhinə mina, 6510 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 6.443.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azad edilmiş ərazilərdə daha 234 mina, 2464 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 234 mina, 2464 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (17.11.2025-23.11.2025) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 199 piyada əleyhinə mina, 35 tank əleyhinə mina, 2464 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1 527,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

ANAMA Hadrut və Ağdamda mina təhlükəsizliyi tədbiri keçirdi -FOTO

ANAMA Hadrut və Ağdamda mina təhlükəsizliyi tədbiri keçirdi -FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Hadrut qəsəbəsinə, Xocavənd rayonunun Qırmızı Bazar və Sos kəndlərinə, həmçinin Ağdam rayonunun Xıdırlı kəndinə köçən sakinlər üçün Partlayıcı Sursat Riskləri üzrə Maarifləndirmə tədbiri keçib. Primeinfo.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri, xəbərdarlıq işarələri barədə məlumat verilib, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamaq və şübhəli obyektlərə toxunmamaq barədə xəbərdarlıq olunub.

ANAMA nümayəndələri Çili səfirliyinin təmsilçisi ilə görüşüb - FOTO

ANAMA nümayəndələri Çili səfirliyinin təmsilçisi ilə görüşüb - FOTO

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev və sədrin müavini Samir Poladov Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares ilə görüşüb. Bu barədə Primeinfo.az ANAMA-dan məlumat verilib. Bildirilib ki, görüşdə Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycanın üzləşdiyi mina problemi, habelə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə səfirlik nümayəndəsinə ətraflı məlumat verilib.

Ötən ay 770 mina, 12 298 PHS aşkarlanıb

Ötən ay 770 mina, 12 298 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə oktyabr ayı üzrə məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 406 piyada əleyhinə mina, 364 tank əleyhinə mina, 12.298 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 7.022,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

ANAMA nümayəndə heyəti NATO mənzil-qərargahına səfər edib 

ANAMA nümayəndə heyəti NATO mənzil-qərargahına səfər edib 

 Azərbaycan Respublikasının Minalartəmizləmə Agentliyi (ANAMA) və digər dövlət qurumlarının üzvlərindən ibarət nümayəndə heyəti NATO mənzil-qərargahına səfər edib.  Primeinfo.az xəbər verir ki, görüşlər zamanı Azərbaycan və NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, bu sahədə beynəlxalq tərəfdaşların dəstəyinin əhəmiyyəti, “Sülh və Təhlükəsizlik naminə Elm” (SPS) proqramı çərçivəsində humanitar minatəmizləmədə innovativ metodlar üzrə həyata keçirilən cari layihənin gedişatı, eləcə də sözügedən proqram çərçivəsində minatəmizləmə sahəsində yeni nəsil yüksək texnologiyaların və innovativ metodların tətbiqi üzrə digər cari və gələcək layihələrə qoşulmaq, habelə Azərbaycanda SPS ilə birgə təlim və seminarların təşkili, Azərbaycan üzrə NATO Etimad Fondunun yaradılması kimi məsələlər ətrafında müzakirələr aparılıb.  Görüşlərdə həmçinin ANAMA nümayəndə heyəti tərəfindən 2020-ci ilin noyabrından etibarən mina hadisələri nəticəsində 410 azərbaycanlının həlak olduğu və ya yaralandığı, minaların keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına və həmin ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılmasına ciddi maneələr yaratdığı, eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadları ilə bağlı geniş məlumat verilib.