Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)

ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib - FOTO

ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Novruz bayramı öncəsi azad edilən ərazilərdə qəbiristanlıqlarda mina təhlükəsi ilə bağlı müraciət edib. ANAMA-dan Primeinfo.az-a verilən xəbərə görə, agentliyə işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur. “Vətəndaşlarımızın doğma torpaqlara və əzizlərinin məzarlarına baş çəkmək istəyini anlayışla qarşılayırıq.

ANAMA-ya yeni vəzifə həvalə edildi

ANAMA-ya yeni vəzifə həvalə edildi

Minatəmizləmə Agentliyinə yeni vəzifə həvalə edilib. Primeinfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb. Minatəmizləmə Agentliyinin vəzifələri sırasına keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən minatəmizləmə fəaliyyətinə dair tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə icraçıdan pozuntunun aradan qaldırılmasını tələb etmək, buna riayət olunmadıqda icraçının minatəmizləmə fəaliyyətini dayandırmaq daxil edilib.

Azad edilmiş ərazilərdə daha 60 mina, 130 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 60 mina, 130 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (09.02.2026-15.02.2026) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a  verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 53 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 130 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 385 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azad edilmiş ərazilərdə 374 mina, 1364 PHS aşkarlanıb - ANAMA

Azad edilmiş ərazilərdə 374 mina, 1364 PHS aşkarlanıb - ANAMA

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə yanvar ayı üzrə məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 337 piyada əleyhinə mina, 37 tank əleyhinə mina, 1364 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1738,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

417 nəfər minanın qurbanı olub - AÇIQLAMA

417 nəfər minanın qurbanı olub - AÇIQLAMA

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai şuranın üzvləri son vaxtlar işğaldan azad edilmiş ərazilərdə ardıcıl şəkildə baş verən mina hadisələri ilə əlaqədar müzakirələr aparıblar. Müzakirələrin yekununda İctimai şura üzvləri ictimaiyyətə açıqlama yayıb. Primeinfo.az xəbər verir ki, açıqlamada bildirilir: “Son günlər işğaldan azad edilmiş ərazilərdə ardıcıl olaraq baş verən mina hadisələri ciddi narahatlıq doğurur.

ANAMA-dan 7 milyonluq müqavilə

ANAMA-dan 7 milyonluq müqavilə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə nəhəng müqavilə bağlayıb. Primeinfo.az xəbər verir ki, müqavilədə işğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətləri nəzərdə tutulub. Bağlanılan müqavilənin maliyyə dəyəri 7 milyon 24 min 230 manat olaraq müəyyən olunub.

Azad edilən ərazilərdə 191 mina aşkarlanıb - FOTO

Azad edilən ərazilərdə 191 mina aşkarlanıb - FOTO

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (15.12.2025-21.12.2025) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 145 piyada əleyhinə mina, 46 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1299 hektar ərazi mina və PHS-lərdən təmizlənib.