Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)

Azad edilmiş ərazilərdə daha 130 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 130 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (13.10.2025-19.10.2025) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 61 piyada əleyhinə mina, 69 tank əleyhinə mina, 2000 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1587.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

ANAMA əməkdaşları qəzaya düşdü: qardaşlardan biri öldü

ANAMA əməkdaşları qəzaya düşdü: qardaşlardan biri öldü

Beyləqanda baş verən yol qəzası zamanı ağır xəsarət alan qardaşlardan biri ölüb. Primeinfo.az bildirir ki, bu gün səhər saatlarında Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət almış 3 nəfərdən biri, 1996-cı il təvəllüdlü Elvin Həşimov həkimlərin göstərdikləri səylərə baxmayaraq xəstəxanada həyatını itirib. Qəza zamanı xəsarət alan digər 2 nəfərin – Ülvi Həşimov və Məhərrəm Səfərovun müalicəsi xəstəxanada davam etdirilir.

Ötən həftə 1432 hektar ərazi minalardan təmizlənib

Ötən həftə 1432 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabrın 29-dan oktyabrın 5-dək 74 tank əleyhinə mina, 82 piyada əleyhinə mina, 517 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Primeinfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Məlumata əsasən, 1 432.8 hektar ərazi minalardan təmizlənib.

Şuşada evdə partlayıcı tələ qurğusu aşkarlandı - FOTO

Şuşada evdə partlayıcı tələ qurğusu aşkarlandı - FOTO

Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verilib. Məlumata görə, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən 2 ədəd F-1 əl qumbaraları aşkarlanıb.

Azad edilmiş ərazilərdə daha 135 mina, 1661 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 135 mina, 1661 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (22.09.2025-28.09.2025) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 100 piyada əleyhinə mina, 35 tank əleyhinə mina, 1661 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1225,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azad edilmiş ərazilərdə 109 mina, 1286 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə 109 mina, 1286 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (15.09.2025-21.09.2025) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 95 piyada əleyhinə mina, 14 tank əleyhinə mina, 1286 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1 130,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.