Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün rezidenturaya ərizə qəbulu elan edib. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır.
Xəbər verdiyimiz kimi, bu gün ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Primeinfo.az xəbər verir ki, imtahanda 52687 şagirdin iştirakı gözlənilirdi. İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib.
9 mart tarixində keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq. Primeinfo.az xəbər verir ki, bunu jurnalistlərə açqılamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, imtahanın nəticələri ilə bağlı bütün statistik məlumatlar haqda ictimaiyyətə məlumat veriləcək.
Dövlət İmtahan Mərkəzi 5 aprel 2026-cı il tarixində inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirir. Primeinfo.az xəbər verir ki, bu imtahanda iştirak etmək üçün 1227 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunur.
Dövlət İmtahan Mərkəzi tərəfindən apelin 5-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək üçün 1227 namizəd qeydiyyatdan keçib.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 mart 2026-cı il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.
Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün martın 18-də növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün 1680 nəfər qeydiyyatdan keçib. Mərkəzdən Primeinfo.az-a bildirilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş., Binəqədi rayonu, S.S.Axundov, 50) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.
Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb.
Bu gün Azərbaycanda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına bu il fevralın 15-də keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər.