Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: dron

ABŞ İranın Küveyt və Bəhreynə atdığı raketləri vurub

ABŞ İranın Küveyt və Bəhreynə atdığı raketləri vurub

ABŞ ordusu İranın Küveyt və Bəhreynə atdığı bir neçə ballistik raketi vurub. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “İran, CENTCOM-un Hörmüz boğazına doğru atılan dörd İran dronunu vurmasından bir neçə saat sonra Küveyt və Bəhreynə yeddi ballistik raket atıb.

Rusiya Ukraynaya kütləvi dron zərbəsi endirib

Rusiya Ukraynaya kütləvi dron zərbəsi endirib

Rusiya Ukraynaya uzaqmənzilli dəqiq idarə olunan silahlar və hücum dronlarından istifadə edərək kütləvi zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna hücumlarına cavab olaraq, Rusiya ordusu Ukrayna müdafiə sənayesi obyektlərinə, hərbi aerodromlara və Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən yanacaq və nəqliyyat infrastrukturu obyektlərinə uzaqmənzilli dəqiq idarə olunan silahlar və hücum dronlarından istifadə edərək kütləvi hücum həyata keçirib: “Zərbənin məqsədlərinə nail olunub və bütün təyin olunmuş hədəflər məhv edilib”.

Bəhreyn İrandan atılan 95 raket və 164 dronu zərərsizləşdirib

Bəhreyn İrandan atılan 95 raket və 164 dronu zərərsizləşdirib

Bəhreynin hava hücumundan müdafiə sistemləri regional qarşıdurmanın başlanğıcından bəri İrandan atılan 95 raket və 164 dronu hava məkanında zərərsizləşdirib. Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə krallığın Müdafiə Nazirliyi açıqlama verib. “İranın hücumları başlayandan bəri ölkənin hava hücumundan müdafiə sistemləri 95 raketi və 164 PUA-nı ələ keçirib və məhv edib”, – nazirliyin açıqlamasında qeyd olunur.

80-dən çox qırıcı Tehrana zərbələr endirib

80-dən çox qırıcı Tehrana zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri İranda hərbi infrastruktur hədəflərini vurdu. Primeinfo.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri (IAF) 80-dən çox qırıcı təyyarə ilə İranın Tehran və mərkəzi bölgələrində əsas hərbi obyektləri hədəf alıb. Strateji hücumlar İran rejiminin İsrailə qarşı ballistik raket və digər hücum imkanlarını zəiflətmək məqsədini daşıyır.

Bəhreyn İranın 70 raket və 59 dronunu zərərsizləşdirib

Bəhreyn İranın 70 raket və 59 dronunu zərərsizləşdirib

İranın ballistik raket və pilotsuz uçuş aparatlarının Bəhreynə yeni dalğası olub. Primeinfo.az xəbər verir ki, bu barədə Bəhreynin dövlət xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Bəhreyn Hava Hücumundan Müdafiə Qüvvələri İranın 70 raket və 59 pilotsuz uçuş aparatının hücumunu uğurla dəf edib.

Bosforun tarixi Zəki Paşa malikanəsi satışa çıxarılıb - FOTO

Bosforun tarixi Zəki Paşa malikanəsi satışa çıxarılıb - FOTO

Bosforun ən möhtəşəm tikililərindən biri hesab edilən tarixi Zəki Paşa malikanəsi satışa çıxarılıb. Dron görüntülərində hər detalı ilə seçilən 23 otaqlı köşk Türkiyənin lüks daşınmaz əmlak bazarında “qiymətsiz” sayılır. Primeinfo.az  Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bosforun ən eksklüziv nöqtəsində yerləşən, 130 illik monumental tikili geniş bağı, qalaya bənzər memarlığı və Boğaza açılan unikal mənzərələri ilə diqqət çəkir.

Rusiya Kiyevə hücum edib: 4 ölü, 29 yaralı

Rusiya Kiyevə hücum edib: 4 ölü, 29 yaralı

Rusiya ordusunun Kiyevə endirdiyi zərbələrdən sonra baş verən partlayış və dağıntılar nəticəsində yaralıların sayı 29 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edildiyindən, axtarış-xilasetmə əməliyyatı davam edir. Yaralılar arasında 7 və 10 yaşlarında iki uşaq, həmçinin hamilə qadın var.

Moskva hava limanları dron təhlükəsinə görə bağlanıb

Moskva hava limanları dron təhlükəsinə görə bağlanıb

Moskva hava limanları dron hücumları təhlükəsi səbəbindən bağlanıb. Primeinfo.az APA-ya istinadla xəbər verir ki bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb. Bildirilib ki, Moskvanın Domodedovo və Jukovski hava limanlarında PUA təhlükəsi ilə əlaqədar təyyarələrin qalxmasına və enməsinə müvəqqəti qadağa qoyulub.

Ukraynada “Die Welt”in müxbiri dron hücumu zamanı YARALANDI

Ukraynada “Die Welt”in müxbiri dron hücumu zamanı YARALANDI

Ukraynanın şərqində çəkiliş aparan Almaniyanın “Die Welt” qəzetinin jurnalisti İbrahim Naber Rusiya ordusunun dron hücumu nəticəsində yaralanıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Die Welt”in müxbiri özünün “Intagram” səhifəsində paylaşım edib. Naberin verdiyi məlumata görə, hadisə onların hava hücumundan müdafiə bölməsi ilə birlikdə çəkiliş apardığı zaman baş verib.