Oktyabrın 26-na keçən gecə Rusiya ordusu Kiyevə kütləvi dron hücumu həyata keçirib. Primeinfo.az “RBK Ukraine” saytına istinadən xəbər verir ki, hücum nəticəsində paytaxtda yanğın baş verib, ümumilikdə 26 nəfər xəsarət alıb, onların arasında altı uşaq var. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, saat 02:23 radələrində Kiyev istiqamətinə bir qrup “Şahed” tipli kamikadze dronu hərəkət edib.
Ukraynanın “Freedom” telekanalının jurnalistləri Kramatorskda Rusiyanın “Lanset” pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olublar.
Xarkov şəhərinin Xolodnoqorsk rayonunda yerləşən uşaq bağçasına və yaxınlıqdakı yaşayış evlərinə Rusiya dronları ilə edilən hücum nəticəsində xəsarət alanların sayı 9-a yüksəlib. Primeinfo.az-ın APA-ya istinadən xəbərinə görə, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, üç fərqli yerdə yanğın baş verib və onlardan ən böyüyü uşaq bağçasının binasında qeydə alınıb. Məlumatda deyilir ki, Rusiyanın hücumu zamanı bağçada olan 48 uşaq sığınacaqda olub, onlar operativ şəkildə xilasedicilər, polis əməkdaşları və könüllülər tərəfindən təxliyə olunub.
Donetsk vilayətinin Konstantinovka şəhərinin azərbaycanəsilli sakini, əslən Xaçmaz şəhərindən olan, 1968-ci il təvəllüdlü Müzəffər Sabir oğlu Abbasov Rusiyanın dron zərbəsi nəticəsində həlak olub. Primeinfo.az Report-a istinadən xəbər verir ki, dron M.Abbasov şəxsi avtomobilində gedərkən onun üzərinə düşüb. Onun nəşi dəfn üçün Azərbaycana göndərilib.
Münhenin hava limanı (Almaniya – red.) hava məkanında dronların aşkarlanması ilə əlaqədar uçuşları dayandırıb. Primeinfo.az xəbər verir ki, bu barədə hava limanının saytı məlumat yayıb. “Oktyabrın 2-də axşam saatlarında Almaniyanın Hava Hərəkəti İdarəsi yerli vaxtla saat 22:18-dən etibarən Münhen hava limanında uçuşları məhdudlaşdırıb, sonra isə bir neçə pilotsuz uçuş aparatı müşahidə edildiyinə görə onları tamamilə dayandırıb”, – məlumatda bildirilib.