Rumıniyanın Maramureş regionu ilə Qarabağın Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi istiqamətində danışıqlar aparılıb.
Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlığın qurulması barədə razılıq əldə olunub.
“Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk”.
Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi Cənubi Koreyaya iki günlük səfərə yollanıb və orada həmkarı An Qyu Beklə danışıqlar aparacaq. Primeinfo.az “Yonhap”a istinadən xəbər verir ki, tərəflər müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi və mübadilələrin fəallaşdırılması məsələlərini müzakirə etmək niyyətindədirlər. Bu, Koidzuminin müdafiə naziri vəzifəsində Cənubi Koreyaya ilk səfəridir.
Yaponiya nadir torpaq elementlərinin hasilatı potensialını qiymətləndirmək üçün bu yay Qrenlandiyaya nümayəndə heyəti göndərməyə hazırlaşır. Primeinfo.az xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb. Nümayəndə heyətinin üzvləri yerli hakimiyyət orqanları ilə danışıqlar aparacaq və strateji xammalın çıxarılması sahəsində əməkdaşlıq perspektivlərini araşdıracaqlar.
Moskva və Tehran arasında hərbi-texniki əməkdaşlıq yeni və daha təhlükəli mərhələyə qədəm qoyur. Rusiyanın İrana çoxməqsədli qırıcı təyyarələrlə yanaşı, geniş arsenalda raket sistemləri də tədarük etdiyi məlum olub. Primeinfo.az xəbər verir ki, Ukrayna kəşfiyyatının əldə etdiyi və mətbuata sızdırılan məlumatlara görə, Rusiya İrana “Su-35” qırıcı təyyarələrində istifadə olunmaq üçün ən azı 327 ədəd “hava-hava” və “hava-yer” tipli raket satıb.
Türkiyə Yaponiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei Asia” qəzetinə müsahibəsində bildirib. Nazir qeyd edib ki, Türkiyə pilotsuz uçuş aparatlarının (PUA) istehsalında önəmli ölkələrdən biridir və Ankara Tokio ilə müdafiə sənayesi əlaqələrini genişləndirməkdə maraqlıdır.
Çin və ABŞ kənd təsərrüfatı sektoru da daxil olmaqla, ticarət əməkdaşlığını genişləndirmək məqsədilə bir sıra mallara tətbiq edilən rüsumların qarşılıqlı şəkildə azaldılması barədə razılığa gəliblər. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Çin Ticarət Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. Sənəddə tərəflərin tarif məhdudiyyətlərinin yumşaldılması barədə qərar qəbul etdiyi bildirilir.
Məlumata görə, nazir müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüş keçirib. Primeinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər arasında Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib. Primeinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Böyük Britaniyanın Baş nazirinin Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi cənab Lord Con Alderdaysı ölkəmizdə qarşılamaqdan məmnun olduq.