Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Milli Hidrometeorologiya Xidməti

Şəkiyə 33 sm qar yağıb - FAKTİKİ HAVA

Şəkiyə 33 sm qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda noyabrın 10-u saat 11:00-a olan məlumata görə, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23, Kəlvəzdə (Lerik) 10, Şahbuzda 8, Gədəbəydə 6, Xaltan, Altıağacda 3 sm-dir.

Bəzi yerlərdə qar yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə qar yağıb - FAKTİKİ HAVA

Noyabrın 9-u saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, noyabrın 9-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bildirilib ki, yağıntı bəzi yerlərdə leysan xarakterli, intensivdir.

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır. Primeinfo.az xəbər verir ki,bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayış məntəqələrində qar yağması müşahidə olunur. Rayonun dağ kəndlərində qar örtüyünün qalınlığı 10 santimetrə çatıb.

Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA

Noyabrın 6-sı saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.

Külək güclənib, bəzi yerlərdə YAĞIŞ YAĞIR - FAKTİKİ HAVA

Külək güclənib, bəzi yerlərdə YAĞIŞ YAĞIR - FAKTİKİ HAVA

Noyabrın 5-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, bəzi yerlərdə şimal-qərb küləyi əsir.