Pirəkəşkül və Ağdərədə 26-30 yanvar tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (12.01.2026 – 18.01.2026) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 63 piyada əleyhinə mina, 6 tank əleyhinə mina, 253 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 508,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai şuranın üzvləri son vaxtlar işğaldan azad edilmiş ərazilərdə ardıcıl şəkildə baş verən mina hadisələri ilə əlaqədar müzakirələr aparıblar. Müzakirələrin yekununda İctimai şura üzvləri ictimaiyyətə açıqlama yayıb. Primeinfo.az xəbər verir ki, açıqlamada bildirilir: “Son günlər işğaldan azad edilmiş ərazilərdə ardıcıl olaraq baş verən mina hadisələri ciddi narahatlıq doğurur.
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində yanvarın 7-də mina hadisəsi baș verib.
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2025-ci il üzrə icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) “TodayBaku”-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 4963 piyada əleyhinə mina, 1861 tank əleyhinə mina, 52392 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 69 205.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (15.12.2025-21.12.2025) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 145 piyada əleyhinə mina, 46 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1299 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Ağdamda traktorçu minaya düşüb. Hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.
Minaya düşərək həlak olan “Gizir Xanı”ya şəhidlik statusu verilib. Primeinfo.az-ın məlumatına görə, sentyabrın 23-ü Ağdamın Mirəşelli kəndi ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. S.Əhmədovun ailəsi və yaxınları məlumatı saytımıza təsdiqləyib.
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (08.12.2025-14.12.2025) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 42 piyada əleyhinə mina, 18 tank əleyhinə mina, 683 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 838,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən dekabrın 1-dən 7-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb. ANAMA-dan Primeinfo.az-a bildirilib ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 273, tankəleyhinə 366 mina və 1511 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin 1 693,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.