Ağdərədə minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 3 dekabr tarixində mina hadisəsi baş verib.
Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 3 dekabr tarixində mina hadisəsi baş verib.
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə noyabr ayı üzrə məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində 575 piyada əleyhinə mina, 208 tank əleyhinə mina, 6510 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 6.443.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Ermənistanda hərbçilər minaya düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “news.am” Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, iki nəfər müqaviləli hərbçi Vardenisdə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan şəraitdə minaya düşərək xəsarət alıblar.
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (17.11.2025-23.11.2025) məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 199 piyada əleyhinə mina, 35 tank əleyhinə mina, 2464 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1 527,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Bu günə olan məlumata görə, Azərbaycan 2020-ci ildən bəri 240 000 hektardan çox çirklənmiş ərazini təmizləyib və 227 000-dən çox mina və partlamamış hərbi sursatı zərərsizləşdirib ki, bu da azad edilmiş ərazilərdə təhlükəsizliyin bərpa edilməsi və yenidənqurma işlərinin aparılması üçün mühüm addımdır. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov X hesabında yazıb. O qeyd edib ki, minatəmizləmə Böyük Qayıdış, icmaların yenidən qurulması və mülki əhalinin müdafiəsi üçün vacib olaraq qalır: “Müharibə bitəndən bəri Azərbaycanda minalardan 400-dən çox insan həlak olub və ya şikəst olub, 1990-cı illərdən indiyədək qurbanların ümumi sayı 3400-dən çox olub.
Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də mina hadisəsi baș verib.
Ağdərədə mina hadisəsi baş verib, xəsarət alan var.
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə oktyabr ayı üzrə məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 406 piyada əleyhinə mina, 364 tank əleyhinə mina, 12.298 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 7.022,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Azərbaycan Respublikasının Minalartəmizləmə Agentliyi (ANAMA) və digər dövlət qurumlarının üzvlərindən ibarət nümayəndə heyəti NATO mənzil-qərargahına səfər edib. Primeinfo.az xəbər verir ki, görüşlər zamanı Azərbaycan və NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, bu sahədə beynəlxalq tərəfdaşların dəstəyinin əhəmiyyəti, “Sülh və Təhlükəsizlik naminə Elm” (SPS) proqramı çərçivəsində humanitar minatəmizləmədə innovativ metodlar üzrə həyata keçirilən cari layihənin gedişatı, eləcə də sözügedən proqram çərçivəsində minatəmizləmə sahəsində yeni nəsil yüksək texnologiyaların və innovativ metodların tətbiqi üzrə digər cari və gələcək layihələrə qoşulmaq, habelə Azərbaycanda SPS ilə birgə təlim və seminarların təşkili, Azərbaycan üzrə NATO Etimad Fondunun yaradılması kimi məsələlər ətrafında müzakirələr aparılıb. Görüşlərdə həmçinin ANAMA nümayəndə heyəti tərəfindən 2020-ci ilin noyabrından etibarən mina hadisələri nəticəsində 410 azərbaycanlının həlak olduğu və ya yaralandığı, minaların keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına və həmin ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılmasına ciddi maneələr yaratdığı, eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadları ilə bağlı geniş məlumat verilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, işğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində oktyabrın 20-də mina hadisəsi qeydə alınıb.