Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfərlə Polşaya yola düşüb. Primeinfo.az-ın məlumatına görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Facebook”da bildirib. Səfər çərçivəsində Paşinyan Polşanın Baş naziri Donald Tusk ilə görüşəcək, bundan sonra Ermənistan və Polşanın Baş nazirləri media nümayəndələri qarşısında bəyanatlarla çıxış edəcəklər.
Polşa vətəndaşlarına İranı dərhal tərk etmələri barədə xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib. “Bir neçə saatdan sonra Polşa vətəndaşlarının İrandan təxliyəsi üçün artıq imkan qalmaya bilər”, – o qeyd edib.
Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfər edib.
Polşa Prezidenti Karol Navrotski Macarıstanın Baş naziri Viktor Orbanla görüşünü ləğv edib. Buna səbəb Orbanın Rusiyaya səfəri və Vladimir Putinlə görüşməsi olub. Primeinfo.az xəbər verir ki, bu barədə Polşa Prezident Ofisinin beynəlxalq siyasət bürosunun rəhbəri Marçin Pşidaç məlumat verib.
Polşa Xarici İşlər Nazirliyi İsrail səfiri Yakov Livneni çağırıb. Primeinfo.az bu barədə “Ynet”ə istinadən xəbər verir. Məlumata görə, səfir “Yad Vaşem” institutunun “X”dəki paylaşımı ilə bağlı izahat vermək üçün çağırılıb.
Polşa Belarusun müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq ona dəmir yolunda təxribat hadisələrində şübhəli bilinən iki Ukrayna vətəndaşının ekstradisiyasına dair nota təqdim edib. Primeinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Matsyey Vevyura istinadən məlumat yayıb. Vevyurun sözlərinə görə, notada “Mika və Golombe hadisələri ilə bağlı Rusiya xüsusi xidmət orqanlarının sorğusuna əsasən terror xarakterli cinayətlər törətməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşının təhvil verilməsi” tələbi yer alıb.
Polşa Banklar Assosiasiyası Azərbaycan maliyyə strukturları ilə əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənir və ölkənin Banklar Assosiasiyası ilə səmərəli qarşılıqlı fəaliyyət qurmağa ümid edir. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Polşanın Banklar Assosiasiyasının icraçı vitse-prezidenti Vlodzimej Kiçinski (Wlodzimierz Kicinski) Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda bildirib. “Biz Azərbaycan Banklar Assosiasiyası və Polşa Banklar Assosiasiyası arasında uzunmüddətli strateji tərəfdaşlığın formalaşdırılması üzərində ardıcıl işləyirik.
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmixan Allahyar oğlu Kərimov Polşa ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə E.Kərimov təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib. Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Azərbaycan karateçiləri Polşanın Bedzin şəhərində keçirilən 32-ci “SKDUN Shotokan Karate” üzrə dünya çempionatı və 17-ci Dünya Kubokunda 8 medal qazanıblar. Primeinfo.az Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparan təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc mükafat əldə ediblər. Dünya çempionatında Cəlal Şükürov (10–11 yaş, 40 kq) və Mehdi Abdullayev (10–11 yaş, +40 kq) 1-ci, Alişan Əzizov (18–20 yaş, 70 kq), Ələddin Əzizov (55–59 yaş, Veteran Open) 2-ci, Zəki Cəfərzadə (18–20 yaş, +80 kq), Heydər Feyziyev (12–13 yaş, 58 kq) üçüncü yeri tutub.