Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Varşava arasında münasibətlərin gərginləşməsindən sonra ilk dəfə Polşaya səfər edib. Primeinfo.az “UNIAN”a istinadən xəbər verir ki, Zelenski Lyublin şəhərində Polşanın Baş naziri Donald Tusk ilə görüşəcək. Məlumata görə, tərəflər Zelenskinin ABŞ-a son səfərinin nəticələrini, o cümlədən ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqları müzakirə edəcəklər.
Polşa Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rusiyanın NATO-nun şərq cinahında yeni təxribatlara əl ata biləcəyi barədə xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Polşa Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Pavel Şota hesab edir ki, Moskva alyansın reaksiyasını yoxlamaq üçün Baltikyanı ölkələrdə yeni təxribat ssenarilərini işə sala bilər.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Polşadakı Belveder Sarayının məhkəmə qərarı ilə geri alınmasını təklif edib. Primeinfo.az xəbər verir ki, onun sözlərinə görə, bu saray vaxtilə Rusiya imperiyasının xəzinəsinin vəsaiti hesabına tikilib və buna görə də “rus pulları ilə inşa olunub”. Medvedev bu fikirləri Polşa Baş Prokurorluğunun Qdansk şəhərində fəaliyyət göstərmiş Rusiyanın Baş Konsulluğunun binasının dövlətə verilməsi tələbi ilə bağlı məhkəmə iddiasını şərh edərkən səsləndirib.
24 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasına işgüzar səfərə yola düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 25 iyun tarixində Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı və bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Polşa hökumətinin başçısı Varşava ilə Kiyev arasında hər hansı bir ictimai qarşıdurmanın mövcud geosiyasi şəraitdə dağıdıcı olduğunu və yalnız təcavüzkar ölkənin əlinə oynadığını vurğulayıb.
Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır. Primeinfo.az xəbər verir ki, bu barədə Polşa Aeronaviqasiya Xidmətləri Agentliyi məlumat yayıb. Bildirilir ki, yerdən 3 kilometr hündürlüyədək bütün hava vasitələrinin uçuşları qadağan edilib, 3 kilometrdən yuxarı hündürlükdə uçuş həyata keçirən sərnişin reysləri və sanitar aviasiya adi rejimdə fəaliyyət göstərəcək.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın Nazirlər Şurasının üzvü, Xüsusi Xidmət orqanlarının koordinatoru Tomaş Simonyakla görüşüb.
Azərbaycan ilə Polşa arasında əlaqələr dərin tarixi köklərə və xoş ənənələrə əsaslanır.
Polşa İrana qoşun göndərməyəcək, çünki münaqişə birbaşa ölkənin təhlükəsizliyinə təsir etmir. Primeinfo.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib. O əlavə edib ki, ABŞ və digər güclər Varşavanın qərarını başa düşürlər.