Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sərnişindaşıma

Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42 faizi yenilənib

Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42 faizi yenilənib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2026-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub. AYNA-dan Primeinfo.az-a bildirilib ki, 2023-cü ildə 92, 2024-cü ildə 106, 2025-ci ildə 241, bu ilin 6 ayında isə 130 marşrut reysi üzrə müsabiqə keçirilib. Bu dövr ərzində “Neoplan Cityliner”, “King Long”, “Yutong”, “Isuzu”, “JAC Sunray”, Jac Ankai, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County”, “Golden Dragon”, “Zhonthong” markalı 145 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib.

ADY ilin ilk yarısında sərnişindaşımanı 18% artırıb

ADY ilin ilk yarısında sərnişindaşımanı 18% artırıb

2026-cı ilin yanvar–iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 5 464 009 sərnişin daşınıb. Bu barədə Primeinfo.az ADY-ə istinadən xəbər verir. Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

WUF13 çərçivəsində 24 000-ə yaxın sərnişin daşınıb - AYNA

WUF13 çərçivəsində 24 000-ə yaxın sərnişin daşınıb - AYNA

Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir. Primeinfo.az-a bu barədə AYNA-dan məlumat verilib. Bildirilib ki, forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir.

Sərnişin daşıma 24% artıb - ADY

Sərnişin daşıma 24% artıb - ADY

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 24% daha çox sərnişin daşıyıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, qeyd olunan dövrdə Bakı-Qazax-Bakı (102 723 nəfər) və Bakı-Balakən-Bakı (21 812 nəfər) marşrutları ilə səfər etmiş sərnişinlərin sayında müvafiq olaraq 8% və 18% artım qeydə alınıb. Eyni zamanda, 2026-ci ilin mart ayında daşınmış ümumi sərnişin sayı 2025-ci ilin analoji dövrünün göstəricisini 27 faiz üstələyib.

Fevralda 17 milyondan çox sərnişin daşınıb - FOTO

Fevralda 17 milyondan çox sərnişin daşınıb - FOTO

Bakı Metropoliteni fevral ayı üzrə sərnişindaşıma statistikasını açıqlayıb. Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki,  2026-cı ilin fevral ayında metrodan ümumilikdə 17 milyon 642 min 798 nəfər istifadə edib.

Ötən il ADY ilə ən çox səfər edən sərnişin odur - VİDEO

Ötən il ADY ilə ən çox səfər edən sərnişin odur - VİDEO

Ötən il ərzində ADY-nin rayonlararası qatarları ilə ən çox səyahət edən sərnişin Jalə Ələkbərova olub. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, uşaq musiqi məktəbinin müəlliməsi olan Jalə Ələkbərova 2025-ci ildə 144 dəfə Gəncə-Qovlar istiqamətində və geriyə səfər edib.

Yük və Sərnişin Daşımalarında Artım: Statistika Açıqlandı

Yük və Sərnişin Daşımalarında Artım: Statistika Açıqlandı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 198,3 milyon ton yük daşınıb. Bu barədə Primeinfo.az-a Dövlət Statistika Komitəsindən bildirilib.   Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3% çoxdur.

ADY bu il sərnişin daşımalarını 20% artırıb

ADY bu il sərnişin daşımalarını 20% artırıb

AZCON Holding şirkətlərindən olan ADY sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 17% daha çox sərnişin daşıyıb. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, bu ilin 9 aylıq ümumi sərnişindaşıma göstəricisi isə keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.