Azərbaycan Prezidenti İlham Əliyev latviyalı həmkarı Edqars Rinkeviçsi Müstəqillik Günü münasibətilə təbrik edib. Primeinfo.az-ın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan-Latviya münasibətlərinin xoş ənənələri vardır.
Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidi təbrik edib. Primeinfo.az-ın məlumatına görə, təbrikdə deyilir: “Əlahəzrət, Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. Primeinfo.az-ın məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Prezident, Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir.
Azərbaycan Xarici İşlər Nazirliyi Fələstin xalqını və hökumətini Milli Gün münasibətilə təbrik edib. Primeinfo.az-ın məlumatına görə, bu barədə nazirliyin “X” səhifəsində paylaşım olunub. “Fələstin Milli Günü münasibətilə Fələstin xalqına və hökumətinə ürəkdən təbriklərimizi çatdırırıq.
Diasporla İş üzrə Dövlət Komitəsi Zəfər bayramının beşilliyi münasibətilə “Zəfərimiz dünyada” adlı videoçarx hazırlayıb. Primeinfo.az xəbər verir ki, videoçarxda Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışları, Azərbaycanın tarixi şəxsiyyətlərinin, Cümhuriyyətçilərin varislərinin, ölkəmizin dostlarının təbrikləri, Vətən müharibəsi və postmüharibə dövründə xaricdəki Azərbaycan icmalarının informasiya müharibəsindəki fəaliyyəti yer alıb. Zəfərimizin beşilliyi münasibətilə xalqımızı təbrik edənlər arasında Nobel mükafatçısı, türk akademik Əziz Sancar da yer alıb.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi ölkənizin mühüm bayramı olan Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi böyük qürur hissi və təntənə ilə qeyd etdiyimiz 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında paylaşım edib. “5 il öncə Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edir, bütün qardaşlarımıza səmimi salamlarımızı çatdırırıq.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. “Can Azərbaycanın Zəfər Günü mübarək olsun.
Azərbaycanın mədəniyyət ictimaiyyəti 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Sizi təbrik edir, Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk. Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlər boyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir.