BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Keniya, Fransa, Azərbaycan və Somali ilə mənzil böhranı sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi üzrə əməkdaşlıqda əhəmiyyətli irəliləyişə nail olub. Primeinfo.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən WUF13 çərçivəsində “Qlobal mənzil böhranı: plan nədir?” mövzusunda panel müzakirəsində deyib. Rossbax bildirib ki, bu prioritetlərə torpaq idarəçiliyi, mənzil maliyyələşdirilməsi, qeyri-rəsmi yaşayış məntəqələri, sosial mənzil və iqlimə davamlı mənzil modelləri daxildir.
WUF13 çərçivəsində mənzil sahəsində 500-dən çox uğurlu təcrübə təqdim olunur Primeinfo.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı dialoq sessiyasında BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anaclaudia Rossbach deyib. Onun sözlərinə görə, mənzil böhranının həlli üçün torpaq idarəçiliyi, maliyyələşmə, qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi, sosial mənzil və iqlimə davamlı yaşayış modelləri üzrə təcrübələrin bir araya gətirilməsi vacibdir. Anaclaudia Rossbach bildirib ki, WUF13 çərçivəsində fəaliyyət göstərən “Practices Hub” platformasında son bir ildə dünyanın müxtəlif ölkələrindən toplanmış 500-dən çox uğurlu təcrübə təqdim olunur.
UN-Habitatın icraçı direktoru Azərbaycan Prezidentinə təşəkkür edib