WUF13-ün bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO - VİDEO
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir – VİDEO
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir – VİDEO
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) səsləndirilən çağırışlar qlobal şəhər inkişafı gündəliyinin əsas istiqamətlərindən birinə çevrilməlidir.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğurla təşkilində mühüm rol oynadığını bildirib. Primeinfo.az xəbər verir ki, o, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində deyib. O, Azərbaycanın dayanıqlılığını, qətiyyətini və forumun təşkilinə göstərdiyi yüksək səviyyəli öhdəliyi xüsusi vurğulayıb.
Milli Koordinator: “1000-dən çox media nümayəndəsi WUF13-ü geniş işıqlandırıb”
WUF13 tarixində ilk dəfə liderlər sammiti keçirilib. Primeinfo.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
WUF13-ü yüksək səviyyədə keçirdiklərinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm. Primeinfo.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində çıxışında deyib. Baş katibin müavini bildirib ki, Qarabağ və digər ərazilərdə aparılan yenidənqurma işləri, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası həmin ərazilərin sosial həmrəylik, mədəni inkişaf və iqtisadi artım mərkəzlərinə çevrilməsinə xidmət edir.
Hikmət Hacıyev jurnalistlərə minnətdarlığını bildirib – VİDEO
Azərbaycanlı könüllülərin fəaliyyəti və forum iştirakçılarına göstərdikləri dəstək tədbirin uğurlu keçməsində mühüm rol oynayıb. Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Victoria Romero Caballero bildirib. O həmçinin vurğulayıb ki, WUF13-də Meksika geniş nümayəndə heyəti ilə təmsil olunub.
Geosiyasi gərginliklərin, qarşıdurmaların və münaqişələrin dünya liderlərinin diqqətini zəbt etdiyi bir dövrdə WUF bir daha göstərdi ki, Ümumdünya Şəhərsalma Forumu davamlı urbanizasiya və insan məskunlaşmaları üzrə əsas qlobal platforma olaraq qalır. Primeinfo.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib. BMT Baş katibinin müavini bildirib ki, Ümumdünya Şəhərsalma Forumu hökumətləri, vətəndaş cəmiyyətini, özəl sektoru, akademik dairələri, gəncləri və beynəlxalq təşkilatları ortaq şəhər gələcəyi naminə bir yerə toplayan əsas platformadır.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycan hökumətinə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yüksək səviyyədə təşkilinə görə təşəkkür edib. Primeinfo.az xəbər verir ki, Anaklaudia Rossbax bunu WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib. “Azərbaycan hökumətinə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etdiyinə görə dərin minnətdarlığımı bildirirəm.